Maraqlı 18.11.2026 17:09

Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, növbəti material keçmiş İrəvan xanlığı, Şəmşəddil mahalının, Karvansara rayonunun Salah kəndi haqqındadır.

Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi - Foto/Video

Çar və sovet dövrlərinin mənbələrində kənd Salah adı ilə qeyd edilir. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Aqavnavank qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Tavuş vilayətinin tərkibindədir.

Salah kəndi mənbələrdə XIX əsrin ikinci yarısından qeyd edilir. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi - Foto/Video

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897- ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 184 nəfər yaşayıb.

1905-1906-cı illərdə erməni millətçi Daşnaksütyun partiyası ilk dəfə Cənubi Qafqazda müsəlman əhalinin etnik təmizləməsini keçirməyə başlayıb. Bu addımlar, həmçinin Yelizavetpol quberniyasını əhatə edib.

Etnik təmizləmənin nəticələri 1897 və 1907-ci illərdə kəndin türk sakinlərinin sayını müqayisə etdikdə görünür.

1909-cu ilə olan Qafqaz təqvimi:

1907-ci ildə kənddə 39 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 56 nəfər yaşayıb.

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 56 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 64 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib.

Erməni mənbələrinə əsasən, kəndin yerləşdiyi Qaraqaya ərazisindəki azərbaycanlı kəndlərinin sakinləri daşnak qüvvələrinə müqavimət göstəriblər, lakin 1920-ci ilin iyun ayında qovulublar. Salahın əhalisi Azərbaycanın Qazax qəzasına qaçıb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib.

Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi - Foto/Video

Sovet dövründə kənd əvvəl Dilican rayonunun, sonra isə İcevan rayonunun tərkiblərində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 80 nəfər yaşayıb.

1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 90 nəfər yaşayıb.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 112 nəfər yaşayıb.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-1950-ci illərdə kəndin azərbaycanlı sakinlərinin bir hissəsi Azərbaycan SSR-ə deportasiya olunub.

1950-ci illərdə Salaha Göyərçin adlı qonşu kəndin sakinlərini köçürüblər.

Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi - Foto/Video

Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 414 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 934 nəfər yaşayıb.

1979-cu ildə kənddə 918 nəfər yaşayıb.

1989-cu ildə kənddə 302 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Azərbaycanlıların qovulmasından sonra oraya ermənilər köçüblər.

2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 26 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Salah kəndi ilə bağlı 23 vizual material yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir  zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.

Bu layihənin videomaterialı noyabrın 18-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO