Gündəm 04.06.2026 10:22

“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO

Xidməti vəzifəsinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun şəhid olmasından 5 il ötür.
Rakus.az xəbər verir ki, faciənin beşinci ildönümü ilə əlaqədar şəhid jurnalist Məhərrəm İbrahimovun, eləcə də Vətən yolunda canlarını qurban vermiş bütüm şəhidlərin əziz xatirəsinə süni intellekt vasitəsilə 2 mahnı hazırlanıb.
“Bir Məhərrəm yarası var ürəyimin“ adlı mahnının sözləri Sevda Əliqızı (Əsgərova), “Salam alın yazısı” mahnısının müəllifi isə Elşad Barakdır. Hər iki mahnının rejissoru Nəsir Ağayev, dizayneri Nəzmiyyə Ağayevadır. Səs isə anonimdir.

“Bir Məhərrəm yarası var ürəyimin…“ – bu ifadə şəhid jurnalist bacısının yanğısıdır və çox güclü, kədərli bir poetik obraz yaradır. Təbii ki, Məhərrəm adı İslam ənənəsində hüzn, matəm və xüsusilə Kərbəla hadisəsinin xatirəsi ilə bağlı olduğuna görə, bu misra ürəkdə sağalmayan, dərin və müqəddəs bir ağrını ifadə edir. Mahnının müəllifi Sevda Əliqızının (Əsgərova) bu sözlərini belə də anlamaq olar:

Ürəyimdə elə bir yara var ki, adi bir kədər deyil;

Məhərrəm hüznü kimi dərin, köhnə və unudulmayan bir ağrıdır.

Bu həm də Şəhid olmuş jurnalistin bacısının yaşadığı dərin kədəri təsvir edən təsirli bir bədii deyimdir. Buradakı “Məhərrəm yarası” ifadəsini Kərbəla faciəsinin və Məhərrəm ayının simvolizə etdiyi ağır matəmə işarə kimi də başa düşmək olar. Yəni bacı qardaşının şəhidliyindən doğan ağrını elə bir yara kimi təqdim edir ki, bu yara adi itki deyil, illər keçsə də sağalmayan, hər zaman qanayan bir dərddir.

Müəllif bu ifadəni məcazi mənada belə səsləndirib: Ürəyimdə qardaşımın yoxluğundan yaranan elə bir ağrı var ki, Kərbəla hüznü kimi dərin və daim mənimlədir.

Mahnının mətnini və videoasunu təqdim edirik:

R MƏHƏRRƏM YARASI VAR ÜRƏYİMİN

Yarısını alıb gedib,

Bu sinəmdə parası var ürəyimin.

Dəlinməmiş, doğranmamış,

Baxın görün, harası var ürəyimin.

Bir Məhərrəm yarası var ürəyimin!

 

Nə loğmanı, nə dərmanı,

Nə əlacı, nə çarəsi,

Acı-acı naləsi var,

Bir Məhərrəm yarası var ürəyimin!

 

Mən azərbaycanlı balasıyam,

Ulu Göyçə, Ardanışın Sevdasıyam,

Min-min şəhid oğulların bacısıyam, anasıyam,

Şəhidlərə müqəddəs bir duası var ürəyimin!

Şəhid qardaş bir Məhərrəm yarası var ürəyimin!

 

Nə loğmanı, nə dərmanı,

Nə əlacı, nə çarəsi,

Acı-acı naləsi var,

Şəhid qardaş bir Məhərrəm yarası var ürəyimin!

xxx

“Salam alın yazısı” mahnısı isə İkinci Vətən müharibəsində göstərdiyi fədakarlıqları, erməni vandalizmin acı nəticələrini dünyaya çatdırmaq üçün peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin, eləcə də igid əsgərlərimizin şücaətini əks etdirir.

Mahnının sözlərini və videosunu təqdim edirik:

SALAM ALIN YAZISI

Salam, alın yazısı,

Zəfər üstə qəm Şəhid.

Salam, jurnalist adam,

Silahı qələm Şəhid.

Sən yazı adamısan,

Susa biləcəksənmi?

Öz başına gələni,

Yaza biləcəksənmi?

 

Yazma, “Vətən” yazından,

Qiymətini almısan,

Bu dəfə tarix yazıb,

Tarixə yazılmısan.

Yazılmısan şəhidlik

Zirvəsinə əbədi,

Zəfər Şəhidlərinin

Xəbər şəhidi kimi.

 

Sağ ol, salam deyərsən,

Şəhid qəhrəmanlara,

Qayalara dırmanıb,

Şuşanı alanlara!

Xatırladaq ki, hadisə zamanı çəkiliş qrupunun digər üzvü  – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov,  Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha dörd nəfər  yaralanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO