“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
BİR MƏHƏRRƏM YARASI VAR ÜRƏYİMİN
Yarısını alıb gedib,
Bu sinəmdə parası var ürəyimin.
Dəlinməmiş, doğranmamış,
Baxın görün, harası var ürəyimin.
Bir Məhərrəm yarası var ürəyimin!
Nə loğmanı, nə dərmanı,
Nə əlacı, nə çarəsi,
Acı-acı naləsi var,
Bir Məhərrəm yarası var ürəyimin!
Mən azərbaycanlı balasıyam,
Ulu Göyçə, Ardanışın Sevdasıyam,
Min-min şəhid oğulların bacısıyam, anasıyam,
Şəhidlərə müqəddəs bir duası var ürəyimin!
Şəhid qardaş bir Məhərrəm yarası var ürəyimin!
Nə loğmanı, nə dərmanı,
Nə əlacı, nə çarəsi,
Acı-acı naləsi var,
Şəhid qardaş bir Məhərrəm yarası var ürəyimin!
xxx
“Salam alın yazısı” mahnısı isə İkinci Vətən müharibəsində göstərdiyi fədakarlıqları, erməni vandalizmin acı nəticələrini dünyaya çatdırmaq üçün peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin, eləcə də igid əsgərlərimizin şücaətini əks etdirir.

Mahnının sözlərini və videosunu təqdim edirik:
SALAM ALIN YAZISI
Salam, alın yazısı,
Zəfər üstə qəm Şəhid.
Salam, jurnalist adam,
Silahı qələm Şəhid.
Sən yazı adamısan,
Susa biləcəksənmi?
Öz başına gələni,
Yaza biləcəksənmi?
Yazma, “Vətən” yazından,
Qiymətini almısan,
Bu dəfə tarix yazıb,
Tarixə yazılmısan.
Yazılmısan şəhidlik
Zirvəsinə əbədi,
Zəfər Şəhidlərinin
Xəbər şəhidi kimi.
Sağ ol, salam deyərsən,
Şəhid qəhrəmanlara,
Qayalara dırmanıb,
Şuşanı alanlara!
Xatırladaq ki, hadisə zamanı çəkiliş qrupunun digər üzvü – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha dörd nəfər yaralanıb.














