İqtisadi 16.11.2019 03:34

“AzerGold” ISO beynəlxalq sertifikat aldı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb.Cəmiyyət ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair 3 sertifikata layiq görülüb.  

Rakus.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, “TUV AUSTRIA CERT GMBH” sertifikatlaşdırma orqanı tərəfindən cari ilin oktyabrın 14-16-da keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, “AzerGold”a Keyfiyyət İdarəetmə Sistemi üzrə ISO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə ISO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə ISO 14001:2015 beynəlxalq sertifikatları təqdim edilib.

Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Səhmdar cəmiyyət fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, o cümlədən qanunların və normativ sənədlərin tətbiqi, kadrların səriştəliliyi, istehsal olunan məhsulların rəqabətədavamlılığının artırılması, sağlam iş şəraitinin yaradılması, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması və digər meyarlar əsasında gözlənilən nəticələrə nail olub.

Adıçəkilən beynəlxalq sertifikatların əldə olunması şirkətə fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, istehsalın artması, beynəlxalq bazarlara çıxışın asanlaşması və ixrac potensialının artırılması kimi mühüm imkanlar yaradaraq müəssisənin daxili və xarici bazarda müsbət imicinin qorunub saxlanılmasına, idarəetmədə müasir metodların tətbiqinə, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və bu sahələrdə görülən işlərin daha da mükəmməlləşdirilməsinə təkan verəcək. Cəmiyyətin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı”
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO