AMB sədri vəd verdi: “İnflyasiya 4 faiz olacaq, məzənnə sabit qalacaq”
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.
Rakus.az xəbər verir ki, o, inflyasiyanı 4 faiz səviyyəsində saxlamağa və möhkəmləndirməyə çalışacaqlarını bildirib.
“Makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir. Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir”, – E.Rüstəmov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə də manatın məzənnəsi öz dinamikasını qoruyacaq: “Manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq”.