İqtisadi 22.03.2020 02:23

AZAL çarter reysləri həyata keçirir - FOTO

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından Azərbaycan Hava Yolları (AZAL) çarter reysləri həyata keçirməkdədir.

Rakus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Martın 21-nə keçən gecə AZAL aviaşirkəti tərəfindən Moskvadan Lənkərana çarter reysi ilə 48 nəfər Azərbaycan vətəndaşı gətirilib və müayinə üçün karantinə yerləşdirilib.

Həmçinin martın 21-də AZAL tərəfindən İstanbuldan Lənkərana 248 nəfər Azərbaycan vətəndaşının gətirildiyi daha bir çarter reysi yerinə yetirilib.

Martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9000-dən çox sərnişin gətirilib.

“Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir.

Vətəndaşlarımızı uçuş qrafikləri barədə məlumatları izləməyə və səfərlərini həmin qrafikə uyğun planlamağa çağırırıq”, – AZAL-ın məlumatında bildirilir.

XƏBƏR LENTİ
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO