İqtisadi 25.04.2020 12:50

Bakı-Sumqayıt yolu nə vaxt tam hazır olacaq?

Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesində əsas işlər yekunlaşmaq üzrədir.

Rakus.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çərçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzalı kompleksi qarşısından keçən hissəsində mövcud süni təpəciklər sökülüb və yolun hər iki istiqaməti üzrə bir hərəkət zolağı enində genişləndirilmə işləri aparılır:

“Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi aparılır. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də həyata keçirilir. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla, sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb.

Bundan başqa, magistral yolun təqribən səkkizinci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır.

Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək”.

A.Nəcəfli deyib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeddinci km-də, Bakı Beynəlxalq Avtovağzalı kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək, yerində sürət-keçid zolağı salınır, əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı dördə çatdırılacaq:

“Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsilə sola dönmə yeri təşkil olunacaq.

Bundan başqa, Bakı Beynəlxalq Avtovağzalı kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddəti yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yolun, həmçinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir. Qurum rəsmisi Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının çıxışlarından birinin sökülməsi məsələsinə də aydınlıq gətirib:

“Stansiyanın “Azərsu” istiqamətinə çıxışı ləğv edilməyib. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metro stansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərtilə hərəkət hissəsini genişləndirərək, əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq üçün iş aparılır.

Bundan başqa, “20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “Velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün işlər görülür. Buna görə də, metro stansiyasının həmin istiqamətə çıxışı sökülərək irəli çəkilir. Əsas işlər may ayında yekunlaşdırılacaq. Ümumi yenidənqurma işlərinin isə iyun ayınadək başa çatması nəzərdə tutulur”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO