İqtisadi 08.07.2020 22:07

Bakı Ağ Şəhərin yeni kvartalı tikilir - FOTO

Paytaxtın Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçələrinin əhatəsində yerləşən 28 hektar kvartalında infrastruktur çatışmazlığı, ərazinin relyef səviyyəsinin kəskin dəyişməsi, yol şəbəkəsi və parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2018-ci il 10 yanvar tarixli Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq, 28 hektar kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.

Rakus.az xəbər verir ki, Bakı Ağ Şəhərin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilib. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılıb, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilib və ərazinin Bakı Ağ Şəhər Baş Planına uyğunlaşdırılmış layihəsi müvafiq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.

Ərazinin 28 hektar kvartalında ötən illərdə “Harmony Hotel”, “Alfa Hotel and Hostel”, “Ağ Şəhər–2” yarımstansiyası istifadəyə verilib. Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır. Burada layihələndirilmiş yaşayış, kommersiya və inzibati binalar fərqli dizaynı və funksionallığı ilə seçilir.

Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Tikintisi davam edən Uşaq Yaradıcılıq Mərkəzində uşaqların istedad və qabiliyyətinin inkişafı məqsədilə müxtəlif incəsənət istiqamətlərində dərslər təşkil ediləcək. Xəqani Rüstəmov küçəsindəki Mərkəzin qarşısında yerli heykəltəraşların yaratdığı incəsənət nümunəsinin quraşdırılması üçün təkliflər araşdırılır.

Landşaftı və memarlığı ilə seçilən 20 mərtəbəli BCR Xətai yaşayış kompleksi sakinlərinə geniş xidmət təklif edir. Bir neçə binadan ibarət kompleksin eni 45 metr nəzərdə tutulub və Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq rekonstruksiyası layihələndirilən Nəcəfqulu Rəfiyev küçəsində yerləşir və Xəqani Rüstəmov küçəsindən də rahat keçid alır.

Həmçinin 28 hektar kvartal ərazisində layihələndirilmiş 10 mərtəbəli çoxfunksiyalı ictimai binada apart-otel, ofislər, idman zalı, konfrans zalı və restoran nəzərdə tutulub. Hazırda kvartalda su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı boruları, elektrik xətləri və IT kanal sistemlərinin təmin edilməsi üçün yol şəbəkəsi və infrastruktur kommunikasiyası layihələri işlənilib. Bu işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Delta Telekom” ilə razılaşdırılıb və hazırda icra olunur.

Yeni layihə əsasında 226 saylı elektrik yarımstansiyasında aparılan yenidənqurma işləri kvartalın yol şəbəkəsində yeni küçə üçün imkan yaradacaq. Müasir şüşə fasadlı Boks Federasiyası və “Qafqaz Sahil Baku Hotel” kompleksi, keçmiş enerji stansiyası binasında fəaliyyət göstərən “Paulaner” pivə istehsalı və restoranı, Azərbaycan Təbabəti Muzeyi artıq ərazinin 28 hektar kvartalının görməli binaları sırasındadır.

Yeni kvartal Ağ Şəhərin son illər təhvil verilmiş digər əraziləri kimi yaşıl canlı küçələri, kölgəli piyada yolları, müasir dizaynlı binaları ilə şəhərin sakinlərinin zövqünü oxşayacaq.

“Bakı Ağ Şəhər” layihəsi Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO