Alma pəhrizi ilə üç günə 3 kiloqram arıqlayın – MƏSLƏHƏT
Alma pəhrizi ilə qısa zamanda çəki atıb, eyni zamanda toksinlərdən qurtulmaq mümkündür.
Rakus.az xəbər verir ki, bu pəhrizlə 3 gün ərzində 3 kiloqram arıqlamaq çətin deyil. Eyni zamanda alma bədəninizi toksinlərdən azad edib özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.
Səhər: 1 kasa hazır yulaf əzməsinin içərisinə 1 ədəd rəndələnmiş alma və yarım fincan yağsız süd əlavə edin yeyin. İstəyə bağlı olaraq şəkərsiz çay və ya kofe için.
Ara: 2 ədəd qoz və ya fındıq, 1 fincan yaşıl çay
Nahar: 2 ədəd yaşıl alma, 1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt
Ara: 2-3 ədəd badam, bir fincan şəkərsiz kofe
Axşam: 2 ədəd yaşıl alma, 1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt
Gün ərzində ən az 2 litr su için. Bu pəhrizə əməl edərkən yorucu idman hərəkətləri etmıək olmaz.