Siyasi 09.10.2025 23:59

Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Kopenhagen görüşü: Əliyev–Paşinyan masasında nə danışıldı?” adlı süjetdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Polşa telekanalına Zəngəzur dəhlizi ilə bağlı müsahibəsinin detallarından bəhs olunur.

Bildirilir ki, onun sözlərinə əsasən, Zəngəzur dəhlizi ilə bağlı texniki məsələlər yaxın aylarda başa çata və layihənin Mehridən keçəcək hissəsində inşa işləri başlana bilər. Prinsiplər razılaşdırılıb, indi amerikalılarla texniki parametlər müəyyən edilməlidir. Tikintiyə başlanılacaq və mütəxəssislər dəmir yolu layihəsinin ən azı iki il çəkəcək. Biz bunda maraqlıyıq”.

Qeyd olunur ki, son vaxtlar Bakı-İrəvan xəttində dəhliz terminologiyası ilə bağlı ritorik qarşıdurmanın yaşanması  diqqət çəkir: “Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə, BMT Baş Assambleyasının 80-ci sessiyasında, AŞPA-nın iclasında, eləcə də Avropa Siyasi Birliyinin 7-ci zirvə iclasının keçirildiyi Kopenhagendə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Ümumiyyətlə, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinə verəcəyi töhfədən danışır, Nikol Paşinyan isə “Zəngəzur dəhlizi ritorikasının əldə olunan sülh atmosferinə uyğun olmadığı” iddiasını irəli sürür”.

Erməni şərhçi Sevak Akopyan yazır ki, BMT-də “Zəngəzur dəhlizi ifadəsini ərazi iddiası kimi qəbul edirik” deyən, AŞPA-da buna etiraz edən Paşinyan Prezident Əliyevlə görüşür və bu haqda heç nə danışmır. Ermənistan lideri Azərbaycan Prezidenti İlham Əliyevdən qorxurmu? Səbəb qorxu deyilsə, niyə başqa yerdə etiraz etdiyi halda, birbaşa təmasda səsi çıxmır?”

Diqqətə çatdırılır ki, Zəngəzur dəhlizi termininə görə ritorik müstəvidə mübahisələr müşahidə edilsə də, praktiki müstəvidə işlərin razılaşmaya uyğun davam etdiyi görünür: “Artıq ABŞ-ın nümayəndə heyəti Zəngəzur dəhlizi ilə bağlı texniki məsələləri müzakirə etmək və razılaşdırmaq üçün Ermənistana gəlib. Hazırda dəhlizin inşası ilə bağlı müəyyən işlər başlanıb”.

Sonda vurğulanır ki, Zəngəzur dəhlizinin işə düşməsindən sonra Qərbi Azərbaycan torpaqlarına sərbəst daxil olmaq imkanı yaranacaq: “Azərbaycanın hədəfləri dəyişməyib. Güclü Azərbaycan qayıdış daxil olmaqla, bütün hədəflərinə nail olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO