İqtisadi 04.07.2020 16:13

AQTA 78 obyektdə qanun pozuntuları aşkarladı - FOTO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Rakus.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Belə ki, AQTA əməkdaşları tərəfindən iyulun 3-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 52 ictimai iaşə obyekti, 157 ərzaq satışı mağazası olmaqla ümumilikdə 209 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Good food Azerbaijan” MMC-yə məxsus ərzaq mağazası, “24 saat”, “Xəzər”, “Panda”, “Savalan”, “Yeni market”, “Sizin” marketlər, İmaməliyev Ələkbər Hacıağa oğluna, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Qurbanov Zaur Paşa oğluna, Məmmədova Nəzmiyə Rəsul qızına, Qambayev Elşən Zülfiqar oğluna, Abdullayev Məmmədəli Qasım oğluna məxsus marketlər

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində “Qayalı”, “Cavid”, “Günel” və Haqverdiyev Mətanət Rəcəb qızına məxsus ərzaq mağazaları

Göyçay rayonunda “Göygöl”, “İnci”, “Bizim bağ”, “Röya”, “Delux” kafeləri, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe və İsrafilov Ənvər Sirac oğluna məxsus market

İsmayıllı rayonunda “Orxan”, “Nihat” və “Oba” marketlər

Ağsu rayonunda “Qaqaş” kafe, “Nicat” market, Həmidov Xalis Şükür oğluna məxsus ərzaq mağazası

Kürdəmir rayonunda Gərayev Məhəmməd Abdulqədir oğluna məxsus ərzaq mağazası

Xaçmaz rayonunda Rüstəmov Fərman Piristan oğluna, Ağabəyov Alik Sadıq oğluna məxsus ət satışı mağazaları

Xudat rayonunda Qafarov Ayətşah Şaral oğluna, Sərdarov Xanlar Əmirsultanoviç oğluna və Əhmədov Elxan Eldar oğluna məxsus kafelər

Sabirabad rayonunda Mehtiyev Mehman Ağabala oğluna məxsus ərzaq mağazası və “Aura” market

Bərdə rayonunda Zərgərov Şövqi İmran oğluna, Hümbətov Nicat Xalid oğluna məxsus ərzaq mağazaları

Ağdam rayonunda Əliyev Əli Alış oğluna məxsus “Quzanlı” kafe, Quliyev Rəmzi Xəlil oğluna məxsus “Ağdam” market, Ələsgərov Bəxtiyar Sədrəddin oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Baxşəliyev Zabir Cavanşir oğluna məxsus ərzaq mağazaları, Ələsgərov Adil Sərdar oğluna və Səfərov Mübariz Qədimalı oğluna məxsus kafelər

Balakən rayonunda “Al” market, Səfərzadə Hafiz Sabir oğluna, Eminov Kamil Əhməd oğluna məxsus marketlər, Xalayeva Nargilə Ziyov qızına məxsus kafe

Qəbələ rayonunda “Oba” və “Al” marketlər, Əlicanov Elçin Eldar oğluna, Cəbiyev Ağahüseyn Abdulhüseyn oğluna məxsus marketlər

Qax rayonunda Qəniyev Malik Nəcəf oğluna, Xasıyev Ənvər Araz oğluna məxsus marketlər

Oğuz rayonunda Atakişiyev Aqil Bəhram oğluna, Nəbiyev Səxavət Knyaz oğluna məxsus kafelər

Şəki şəhərində “Bazarstore” market, Hüseynli Qurban Abid oğluna məxsus kafe

Lənkəran şəhərində “Fədək” və “Aura” marketlər

Göygöl rayonunda “Məngük” və “Qala dibi” restoranlar

Goranboy rayonunda “Sahib” market

Ağstafa rayonunda “Sərinlik” kafe, “Bizim” və “Səmədoğlu” marketlər

Qazax rayonunda “Məkan” kafe

Tovuz rayonunda “Oba” market və Əhmədov Ərəstun Abuzər oğluna məxsus ət satışı mağazası

Ucar rayonunda “Göbələk” restoranı, “City klub” və “Qumlaq” kafelər, “Elvin” market

Xatırladaq ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO