İdman 24.09.2024 11:35

Turnirin 2-ci tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 21-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirinin ikinci turuna start verilib.

Rakus.az xəbər verir ki, oyunlar sentyabrın 21-də və 22-də A, B, C, D qrupları üzrə 4 qarşılaşma baş tutub. Meydana saat 19:00-da ilk olaraq  “Turan” ilə “Report” komandaları çıxıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Turan”ın 10:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Report” A qrupunu tərk edən ilk komanda olub.

21 sentyabr

II tur

A qrupu

19:00 “Turan” – “Report”- 10:2

Qollar: Fərid Əliyev 6, Orxan Qasımov 2, Mətin Alməmmədli 1, Sənan Ocaqverdiyev 1 – (“Turan”)

Rüstəm Abdullayev 2 (“Report”)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

xxx

Bu oyunun ardından saat  20:00-da “Baku Ws” ilə “Qoşabulaq” qarşılaşıb. Hər iki kamandanı yaşıl meydanı gülərək tərk etməsi üçün gərgin mübarizə gedib.  Aktivinə 3 xal yazdıran qoşabulaqlılar qrupdan çıxmaq üçün  son oyunu – “Gənclər 2020″ ilə “Baku Ws” qarşılaşmasının nəticəsini gözləməlidir.

21 Sentyabr

II tur

B qrupu

20:00 BakuWS- “Qoşabulaq” – 4:3

Qollar: Anar Verdiyev 1, Elgün Yusibov 3 – (“Qoşabulaq”)

Orxan Quseynov 2, Ariz Həsənov 1  – (“Baku Ws”)

Sarı kart: İlqar Xələfli, Bəxtiyar Əliyev (“Qoşabulaq”)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

xxx

Sentyabrın 22-də C qrupunda saat 19:00-da “Ardanış” “Zəfər 44” ilə qarşılaşıb. Qarşılıqlı mübarizə şəraitində keçən görüş demək olar bərabər səviyyədə  olub. Yekunda “Ardanış” “Zəfər 44″ü 6:3 məğlubiyyətə uğradıb.

Bakı Tennis Akademiyası

22 sentyabr

C qrupu

20:00

“Ardanış” – “Zəfər 44” – 6:3

Qollar: Emin İmaməliyev 3, Əsgər İbrahimov 2, Emin Ələsgərov 1 – (“Ardanış”)

Ruslan Bayramov 1, Babək Əliyev 1, Saməddin Əhmədov 1 – (“Zəfər 44”)

Hakimlər: Elgün Hüseynov, İmran Məhərrəmov – AFFA

D rupunda saat 20:00-da AzTv ilə “Nərimanlı” üz-üzə gəlib. Oyunun əvvəlindən kamandalar kəşfiyyat xarakterli oyun nümayiş etdirdilər. İlk hissənin 10-cu dəqiqəsindən sonra hakimiyyəti ələ alan AzTv sahədən 4:1 hesabı ilə qalib ayrılıb.

Beləliklə, “Nərimanlı” D qrupunu tərk edən ilk komanda olub.

22 sentyabr

D qrupu

20:00 AzTV- “Nərimanlı” – 4:1

Qollar: Sərxan Musayev 3, Sadiq Nağıyev 1 (AzTv)

Samir Əmirov 1 – (“Nərimanlı”)

Hakimlər: Elgün Hüseynov, İmran Məhərrəmov – AFFA

OYUNLARIN CƏDVƏLİ

26 sentyabr

III tur

D qrupu

23:00 “Göyçə” – AzTV – Tennis Akademiyası

27 sentyabr

A qrupu

19:00 “Veteranlar” – “Turan” – Zərifə Əliyeva parkı

28 sentyabr 

B qrupu

22:00 Baku WS – “Gənclər 2020” – Bakı Tennis Akademiyası

C qrupu

23:00 AZƏRTAC – “Zəfər 44” – Bakı Tennis Akademiyası

 5 oktyabr

4/1

A1-B2 – 19:00

A2-B1 – 20:00

6 oktyabr

C1-D2 – 19:00

C2-D1 – 20:00“

12 oktyabr

YARIMFİNAL

A1-C2 – 19:00

D2-B1 – 20:00

13 oktyabr

19:00 – 3-cü yer

20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma

TURNİR VƏ BOMBARDİRLƏR CƏDVƏLİ

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO