İdman 13.10.2020 13:34

Azərbaycanın ilk idman geyimi bəndindən Qarabağ təbliğatı

Azərbaycanın ilk idman geyimi brendi olan İL AZERO-dan ordumuza və Qarabağa dəstək təbliğatı adı altında Azərbaycanın düşmən əsarətində olan şəhər və rayonlarının simvolik idman geyimlərini milli ruhda tərtib edilərək ictimaiyyətə təqdim edilib.

Rakus.az xəbər verir ki, geyimlərin hər birini ayrı-ayrı regionlarımıza məxsus naxış, ornament və simvollarla bəzəyən İLAZERO nəfis tərtibatda olan bu formaları Ali baş komandan, cənab Prezidentimiz İlham ƏLİYEV adı altında 1 nömrə ilə təqdim etmişdir.

Bu proyektlə bağlı fikirlərini bölüşən beynəlxalq voleybol menecerimiz və ilk milli brendimizin təsisçisi İlqar İmamquliyev açıqlamasında bunları bildirmişdir: “Hazırda davam etməkdə olan və hər birimizə fərqli bir özgüvən verən, millətimizin dövlətimiz və onun başçısı ətrafında inanılmaz bir birlik və şücaət göstərdiyi şərəf savaşındayıq. Biz də payımıza düşən, zərrə qədər də olsa ölkəmiz, Qarabağımız adına özünə məxsus şəkildə müəyyən təbliğat aparmağı özümüzə borc bilir, milli ornamentlərimizin, naxış və simvollarımızın dünyaya tanıdılmasında böyük sevgi və həvəslə tərtib etdiyimiz geyimlərin də az rolu olmayacağı qənaətindəyik.

Milli toponimlərimizə, naxış və simvollarımıza sahib çıxmaq üçün atılan hər bir addım böyük təbliğat xarakteri daşıya, dünyaya zəngin mədəniyyətimizi daha rahat çatdırmaqda yardımçı ola bilər.

Mən də öz növbəmdə idman cameəsinin bir üzvü kimi bütün idman ictimaiyyətini, klublarını milli toponim və ornamentlərimizə daha çox önəm verməyə və beynəlxalq arenada daha geniş vitrin almasına səy göstərməyə çağırmaq istərdim.

İgid övladlarımızın soyuq səngərdə Vətənin keşiyində canları bahasına vuruşduğu bir vaxtda, bizə isti evimizdə, əmin-amanlıq şəraitində bu işləri görmək üçün fürsət yaratdıqları üçün nə qədər minnətdar olsaq azdır deyib, bu 9 gün ərzində böyük sevgiylə işlədiyimiz milli ruhlu geyimlərimizi sizə təqdim etmək istərdik.

Ayrıca bu geyimlərin hazırlanmasında mənə çox yardımçı olan, yuxusuz gecələr boyunca böyük zəhmət çəkən və bu işləri xüsusi sevgiylə görən qrafik müəllimim Nərminə xanıma və daha bir dostumuz Lalə xanıma minnətdarlığımı bildirmək istərdim.

Azərbaycan xalqı heç vaxt bu qədər güclü, həmrəy və özgüvənli olmamışdır!

Tanrı türkü qorusun! Qarabağ Azərbaycandır!!!”

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO