İdman 14.11.2020 22:54

Azərbaycan – Monteneqro matçında hesab açılmadı – YENİLƏNDİ

Futbol üzrə Azərbaycan millisi Millətlər Liqasında V turu matçına çıxıb.

Rakus.az xəbər verir ki, Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb – 0:0. Qrupun digər matçında Kipr Lüksemburqa 2:1 qalib gəlməklə ilk qələbəsini qazanıb.

Beləliklə, Azərbaycan millisi beş oyundan 5 xal qazanıb. Komandamız sonuncu turda noyabrın 17-də Lüksemburqun qonağı olacaq.

22.06

Azərbaycan –  Monteneqro matçında ikinci hissə başlayıb.

Hazırda oyunda hesab 0:0-dır.

21.50

Azərbaycan –  Monteneqro matçında ilk hissə başa çatıb.

Oyunun ilk 45 dəqiqəsində komandalar fərqlənə bilməyiblər.

Oyunun 45-ci dəqiqəsində rəqibin 7 nömrəli oyunçusu İqor İvanoviç kobud qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Hazırda qarşılaşmada fasilədir.

21.03

Azərbaycan – Monteneqro matçına start verilib.

20.31

Bu gün Azərbaycan millisi Millətlər Liqasının V turunda Monteneqro ilə qarşılaşacaq.

Müharibə şəraitinə görə Bakıda yox, Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq görüş öncəsi  millimizin baş məşqçisi Canni de Byazi və onun həmkarı Faruk Hacibeqiç start heyəti və ehtiyat oyunçuları müəyyənləşdirib.

İvan Laylak-İviç adına stadionda keçiriləcək və rusiyalı hakim Sergey İvanovun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 14. Elvin Bədəlov, 15. Bədəvi Hüseynov, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 13. Abbas Hüseynov, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Rahil Məmmədov, 8. Şəhriyar Əliyev, 9. Ramil Şeydayev, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 18. Mərt Çelik, 19. Mirabdulla Abbasov, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Xəyal Nəcəfov

Monteneqro: 12. Milan Miyatoviç, 2. Aleksandar Sofranats, 5. İqor Vuyaçiç, 6. Risto Radunoviç, 23. Adam Maruşiç, 7. İqor İvanoviç, 19. Aleksandar Şekiç, 8. Marko Bakiç, 17. Sead Xakşabanoviç, 9. Stefan Muqoşa, 10. Stevan Yovetiç (k)

Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Saşa Baliç, 4. Maro Vukçeviç, 11. Fatoş Beçiray, 14. Vukan Saviçeviç, 16. Vladimir Yovoviç, 18. Neboyşa Kosoviç, 20. Dino İslamoviç, 21. Aleksandar Bolyeviç, 22. Miloş Raykoviç

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO