skip to Main Content
İdman 19.11.2020 11:34

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırdırlar

Rakus.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Qadın cüdoçuların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Komandamız qitə çempionatına qatılan yığmalar arasında güclülərdən hesab olunur. Ötənilki analoji yarışı yığmamız biri gümüş, dördü isə bürünc olmaqla beş medalla başa vurub. Gümüş medalı komandamızın aktivinə Rüstəm Orucov yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska sahib olublar.

Qitə çempionatı II Avropa Oyunları çərçivəsində keçirilmişdi.
Builki qitə çempionatına da cüdoçularımız yaxşı hazırlaşıblar.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı müsahibəsində bütün idmançılarımızın medal şanslarının olduğunu bildirib: “İdmançılarımızın medal şanslarını qiymətləndirərkən R.Orucovu xüsusi qeyd etməliyik. Cüdoçumuz öz çəki dərəcəsində qitə çempionatının reytinq favoritidir.

Bu il Macarıstan və Almaniyada keçirilmiş “Böyük dəbilqə” turnirlərində qızıl və bürünc medallar qazanıb. Macarıstandakı yarışda O.Səfərov və M.Mehdiyev də bürünc medallarla fərqləniblər. Düsseldorf “Böyük dəbilqə”sində isə E.Qasımov gümüş, Z.Kotsoyev bürünc medal əldə ediblər. Həmin yarışda ikinci yeri tutan qadın cüdoçumuz İ.Kinderskanı da xüsusi vurğulamaq lazımdır. Güclü reytinqə malik idmançımız ciddi rəqiblərdən biri hesab olunur. Builki yarışlarda komandamızın gənc üzvlərindən biri olan G.Məmmədəliyeva da uğurla çıxış edib. O, 23 yaşadək gənclərin Avropa çempionatında gümüş medal qazanıb”.

Builki yarışlarda ilkin görüşlərdə qalib gələn digər idmançılarımız medal qazanmasalar da, Tokio Olimpiadasına vacib reytinq xalları əldə edə biliblər.
Ümumiyyətlə, builki Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bir neçə dəfə təxirə salınıb.

Sonda təşkilatçı ölkənin hakimiyyəti və səhiyyə səlahiyyətliləri ilə birgə yarışın noyabrın 19-dan 21-dək keçirilməsi barədə qərar qəbul edilib. Təbii ki, yarışlar zamanı iştirakçılar və rəsmilərin məsafə saxlamaları və tibbi maskalar taxmalarına ciddi nəzarət ediləcək.

İdmançıların hər hansı tələbləri pozmaları və ya səhiyyə məlumatlarının səhv olması aşkar olunarsa, diskvalifikasiya edilə bilərlər.
İlkin mərhələnin döyüşləri Bakı vaxtilə 1:00-da, final yarışları isə 19:00-da başlayacaq. Yarışın rəsmi açılış mərasimi noyabrın 20-də baş tutacaq. Noyabrın 21-də bağlanış mərasimində bayrağın təntənəli şəkildə gələn il Avropa çempionatına ev sahibliyi edəcək Lissabona təqdim edilməsi planlaşdırılır.

Bu gün kişilər 60 və 66 kiloqram, qadınlar 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Noyabrın 20-də 73, 81 kiloqram (kişilər) və 63, 70 kiloqram (qadınlar) çəki dərəcələri üzrə döyüşlər keçiriləcək. Yarışların son günü isə cüdoçular 90, 100 və 100 kiloqramdan yuxarı (kişilər), 78 və 78 kiloqramdan yuxarı (qadınlar) çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar