İqtisadi 27.11.2020 10:51

AQTA ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib.

Rakus.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir:

“Əfsuslar olsun ki, bu dövr ərzində Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunub, müvafiq inzibati cərimələr tətbiq edilib.

Agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.

Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də  qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.

Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılmış, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilib”.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 saylı qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər.

Bu qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

“Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaq.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır”, – AQTA qeyd edilib.

XƏBƏR LENTİ
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO