2020-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edilib.
Rakus.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
2020-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.