Rusiyanın “Ufa” futbol klubu qarşılıqlı razılaşma əsasında azərbaycanlı futbolçu Azər Əliyevlə müqaviləyə xitam verib.
Rakus.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi “Instagram” səhifəsində dərc edilib.
Xatırladaq ki, Azər Əliyev “Ufa” klubuna 2018-ci ildə “Krılya Sovetov”dan transfer olunmuşdu.
Bu müddət ərzində A.Əliyev “Ufa”nın heyətində 51 oyun keçirib, iki qol vurub.