Los-Ancelesdə yaşayan ermənilər azərbaycanlılara qarşı etnik zorakılıq çağırışları edib.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Twitter”də paylaşım edilib.
Belə ki, Los-Ancelesdə nümayiş keçirən radikal “Erməni gənclər federasiyası” və “Amerika erməni milli komitəsi”nin üzvləri Azərbaycan bayrağına bürünmüş müqəvvanı edam ediblər. Həmçinin onlar azərbaycanlılara qarşı etnik zorakılıq xarakterli şüarlar səsləndiriblər.