Dünya 20.10.2026 17:42

Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL

Bu günlərdə Keniya məhkəməsi xristian dininin təbliğatçısı sayılan Pol Makkenzi və onun 28 əlaltısı 190 uşağın ölümündə təqsirli bilinib. Onlar “Beynəlxalq xoş xəbər kilsə” sektasının üzvləri olublar. Bu cinayət işi üzrə hökmün noyabrın 6-da elan ediləcəyi gözlənilir.

Makkenzi 2003-cü ildə bu sektanı qurub. O, ardıcıllarını “İsa ilə görüşmək” üçün aclıqdan ölməyə təhrik edirmiş. Sektanın mərkəzi Hind okeanı sahilindəki Malindi kurortu yaxınlığında Şakahola meşəsində yerləşirmiş. Həmin ərazidə Makkenzi ardıcılları üçün ekstremal aclıq sistemi yaradıbmış. Orada “strukturlaşdırılmış ölüm iyerarxiyası”ndan bəhs edirmiş. Əvvəlcə uşaqlar, sonra yeniyetmələr, qadınlar və yalnız sonda kişilər ölməli imiş. Bəzi hallarda uşaqlar valideynlərinin gözü qarşısında yeməkdən məhrum edilirmiş.

Təbliğatçı 2023-cü ilin aprelində hüquq müdafiəçilərinin şikayətlərindən sonra həbs edilib. Keniya mediası bu işi “Şakahola meşəsində qırğın” adlandırıb. Sektanın bəzi üzvlərini xilas etmək mümkün olub. Meşədə çoxsaylı kütləvi məzarlıqlar tapılıb. Ekspertizanın nəticələrinə görə, uşaqlar əsasən aclıqdan, bir sıra hallarda isə asfiksiya, boyun sıxılması və kəllə-beyin travmalarından ölüblər. Sektanın qurbanlarının ümumi sayının 400 nəfəri keçəcəyi ehtimal olunur.

Bu hadisə, istər-istəməz, Kanadada kilsədə hindu uşaqların işgəncələrə məruz qalmaları və qətlinə dair məlumatları yada salır. Yerli hindu qəbilələrin uşaqları XIX–XX əsrlərdə dövlət internat-məktəbləri sisteminə (“Residential Schools”) cəlb edilirdi. Bu internatların əksəriyyəti Katolik Kilsəsi tərəfindən idarə olunurdu. Bu tədris müəssisələri dövlət tərəfindən maliyyələşdirilirdi. Sistemin qurbanları yalnız yerli hindular, inuitlər (eskimoslar) və metislərin uşaqları olurdu. Onlar sərt assimilyasiya məqsədilə ailələrindən zorla alınırdı. Bununla uşaqlarda hinduluq kimliyini öldürmək məqsədilə dindən istifadə edilirdi. Bu, Kanadada rəsmi olaraq mədəni genosid kimi tanınıb.

2021-ci ildə georadarların köməyi ilə keçmiş internatların ərazilərində yetkinlik yaşına çatmayanların qalıqları olan yüzlərlə adsız dəfn yeri aşkar edilib. Araşdırmalara əsasən, sistemin mövcud olduğu müddət ərzində internatlarda altı mindən çox uşaq həyatını itirmiş sayılır.

Təxminən 100 il əvvəl Kanadada milli assimilyasiya məqsədilə dindən alət olaraq istifadə edilib. Həmin hadisələrdən bir əsr sonra bənzər hadisə Afrikada, Keniyada baş verib.

Hər iki hadisə dindən heç də insanların kamilləşməsi üçün istifadə edildiyini göstərmir. Bu kimi hallarda din siyasətin aləti rolunda çıxış edir. Odur ki, dinin uşaqlar, məktəblilər arasında yayılmasında da bu hədəf əsas sayılır. Nəticədə belə uşaq və ya məktəblilərdən gələcəkdə dinlə bağlı aksiyalarda, tədbirlərdə, siyasi oyunlarda istifadə olunur.

Din insanların tapındığı, mənəvi dəyərləri özündə əks etdirən başlıca mənbə sayılır. Maddi, mənəvi, ruhani və başqa sahələr üzrə problemlərə yanaşmada onun rolu olsa da, təəssüf ki, bu imkanlardan bir sıra dövlətlər, qruplar, qurumlar və şəxslər öz mənafelərini, iddia və hikkələrini həyata keçirirlər.

Bəzi hallarda ölkələr, dini-siyasi-ideoloji cərəyanlar, qruplar və başqaları məktəbləri əsas hədəf kimi seçirlər. Onlar məktəblilərə bütün hallarda potensial sosial kadr bazası olaraq baxırlar. Bu məqsədlə daim məktəblərə, dərsliklərə müdaxilələr edilir.

Ona görə də cəmiyyətlərdə bu istiqamətdə daim mübahisə baş verir.

Uşaqlar saf olduğundan onlarda rəy formalaşdırmaq asan olur. Bir sıra konfessiyalarda və ya ənənəvi dini baxışlarda fiziki təsir bəzən dini və ya patriarxal əxlaqla əsaslandırılır. Günah hissinin aşılanması, “cəhənnəm əzabı” qorxusu, tənqidi düşüncənin boğulması, dünyəvi cəmiyyətdən və ya yaşıdlarından təcrid edilmə, zorakılıq birbaşa qınanır. Lakin bu hallar bəzən uşaqlara qarşı zorakılıq və təcavüz faktı ilə nəticələnir. Müxtəlif dinlərə məxsus tədris mərkəzlərində bu istiqamətdə baş vermiş cinayətlərə dair çoxsaylı faktlar mövcuddur.

Uşaqlar bu kimi zorakılıqları, amansız rəftarları gizlədirlər.

Dini mərkəzlər, yaxud məktəblərdə yetkinlik yaşına çatmayanların dünyagörüşünə sistemsiz, qanunsuz müdaxilə sonradan cəmiyyətdə təhlükəsizlik baxımından ciddi problemlər yaradır, ziyanlı tendensiyaya səbəb olur.

Müasir dövrdə məktəblilərin, o cümlədən yeniyetmələrin düşüncəsinə, təlim-tərbiyəsinə təsir göstərən başlıca amillərdən biri də sosial şəbəkədir. Bu virtual məkanda müxtəlif platformaların yaydığı materiallar onların düşüncəsinə, hətta davranışına belə müsbət və mənfi mənada təsir göstərir. Onların sosial şəbəkədən istifadəsinə nəzarət etməkdə çətinliklər var. Ona görə də bu informasiya vasitəsi yeni nəslin formalaşmasında aparıcı rollardan birini oynayır.

Bu istiqamət məktəblilərin bütün istiqamətlərdə düşüncəsinə, davranışına təsir etmək gücünə malikdir. Sosial şəbəkə məktəblərdə, evlərdə, cəmiyyətdə gizli yan təsir mənbəyidir. Məktəblərdə baş verən, yaxud baş vermiş cinayət hadisələrin, neqativ halların yönləndiricisi bu fəza aləmi, ünvanlı efirlərdir.

Onun yan təsirlərindən hələ ki xilas olmaq mümkün deyil. Ona görə də sosial şəbəkədəki zərərli informasiya və materiallardan məktəblilərin, yeniyetmələrin qorunması zərurəti yaranıb.

Bu baxımdan, məktəblərə, təhsil ocaqlarına adi tədris müəssisəsi kimi yanaşmaq müasir dövrün ən böyük yanlışlıqlarından sayılır.

Bəzi hallarda uşaqların müxtəlif dini cərəyanların təsiri altına düşməsində valideynlər əsas rol oynayır. Onlar dindən xəbərsiz yetkinlik yaşına çatmayan övladını özlərinin dini ehkamlarına tabe olmağa məcbur edirlər. Bu da uşaqlarda psixoloji zərbələrlə nəticələnir.

Müxtəlif dini cərəyanların təmsilçilərinin terror törətməsində, yaxud belə qruplaşmalara qoşulmada uşaqlıqdan qalma dini natamamlıq kompleksinin də rolu olduğu istisna edilmir. Bu baxımdan, məktəblərin dinlə bağlı yan təsirlərdən qorunması dövlətin və yetişməkdə olan nəslin təhlükəsizliyi üçün vacib amillərdəndir.

Dövlətlərin və cəmiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, uşaqların yuxarıda qeyd etdiyimiz istiqamət üzrə təsir dairəsinə düşməsi və onların qurbanı olması hallarına rast gəlinir. Bu istiqamətdə valideynlərin laqeydliyi də rol oynayır. Odur ki, ailə, məktəb və asayiş keşikçilərinin əməkdaşlığına ehtiyac yaranır. Məktəbin və məktəblilərin təhlükəsizliyi həm də ictimaiyyətin, vətəndaş cəmiyyətlərinin bu istiqamətdə fəallığına bağlıdır.

XƏBƏR LENTİ
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Siyasi, Sosial / 20.10.2026 11:10
“Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO