Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşada klubunu dəyişib - FOTO
Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşada klubunu dəyişib.
Rakus.az xəbər verir ki, bu barədə “Report”a 22 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
Fərəcov “Narev Ostroleka”dan ayrılaraq 4-cü liqa təmsilçisi “Troşin”ə keçdiyini bildirib: “Bu komandaya qarşı oynamışdım. Mövsüm bitəndə əlaqə saxladılar və məni heyətlərində görmək istədiklərini bildirdilər. 3-cü liqa klublarından da təkliflərim var idi, amma maliyyə və şərait baxımından bu seçimi etdim”.
“Neftçi”nin yetirməsi olan oyunçu Çexiyanın “Viktoriya Jijkov” klubuna keçmək ehtimalının da olduğunu sözlərinə əlavə edib: “Sənəd məsələlərinə görə gedə bilmədim. Hədəfim Avropada əsas çempionatlarda oynamaqdır. Hələlik 22 yaşım var və hər şey qabaqdadır”.
Qeyd edək ki, Orxan Fərəcov karyerası ərzində “Şamaxı” və “Səbail”in də formasını geyinib.