Mədəni 16.08.2023 11:25

ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO

Xəbər verdiyimiz kimi, Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib.

Turun iştirakçısı Əli Vəliyev və Vüqar Abduyevin səfərlə bağlı 4-cü  yazısını Rakus.az-a təqdim edib:

Bosniya və Hersoqovina –  Biz 16 iyul 2023 –cü il tarixdə yerli vaxtla saat 13 radələrində Bosniya və Hersoqovina Respublikasının sərhəddinə çatdıq. Serbiya Respublikasından Bosniya və Hersoqovina sərhəddini asanlıqla və çox tez keçdik. Yenə də sərhəd məntəqəsindəki avtobusların, minik maşınlarının, yük maşınlarının əksəriyyəti Türkiyə Cümhuriyyərinin nömrələri ilə olan maşınlar idi. Bir neçə saatdan sonra biz paytaxt Sarayevo şəhərinə çatdıq. Sarayevo şəhəri Osmanlı Dövlətinin bura gəlməsindən sonra belə adlandırılmış və Türk dilində “Saray ovası” mənasındadır, yəni saraylarıın obası mənasındadır. Həqiqətən də burada olduğumuz 4-5 saat müddətinə bələdçimiz o qədər maraqlı məlumatlar verdi ki, bunu bir yazı ilə sizlərə çatdırmaq mümkün deyil. Bu məlumatlardan ən maraqlısını yazmağa çalışacağıq.

İndiki Sarayevo şəhərinin yerində XIV əsrdə Bosniya zadəganlarının qalaları vardı. 1492-ci ildə Osmanlı Dövləti bu şəhəri yenidən qurdu. Osmanlı Dövlətinin bura gəlməsi ilə Sarayevonun çiçəklənməsi dövrü başlandı. Bura ticarət yollarının mərkəzində idi. Sarayevodan İstanbula kimi min kilometr məsafə vardı və Sarayevodan Avropanın iri ticarət mərkəzlərinə kimi də min kilometr məsafə vardır. Ona görə də bura həm ticarət, həm də inzibati bir mərkəzə çevrildi. Bütün tacirlər həm şərqdən, həm də qərbdən bura gəlir, ya mallarını satır, ya da bir neçə gün istirahət edib yollarına davam edirdilər. Bura həm də  bütün düşmənlərdən qorunan ən güvənli bir yer idi. XVI əsrdə balaca bir qəsəbə olan bu şəhər artıq XVIII əsrdə İstanbuldan sonra Osmanlı Dövlətinin 2-ci böyük şəhərinə çevrilmişdir.

Sarayevo Avropanın Qüdsü sayılırdı. Belə ki, hələ XV və XVI əsrlərdən başlayaraq burada müsəlmanlar, yəhudilər və xristianlar birgə yaşamışdır. Aşağıdakı şəkildə gördüyünüz kimi Sarayevonun ən böyük meydanında bir xətt vardı və bu xətti Qrinviçlə müqayisə edirlər. Bu xətt həm müsəlman məscidlərini, həm yəhudi snekoqunu, həm də xristian kilsəsinin bir birindən ayırır. Türklər bütün dinlərə hörmətlə yanaşaraq burada çoxlu məscidlər, mədrəsələr, padışahlara, sultanlara saraylar tikmişdirlər. Bu tikintilərin hamısı yüksək mümarlıq incilərdir və bu günə kimi əksəriyyəti qorunub saxlanılmışdır. Sarayevoda qış çox sərt keçirdu və ən azından 1-1.5 metr hündürlükdə qar yağırdı. Bu qar yığıntısı damları basıb uçura bilərdi. Ona görə də məscidlərin günbəzləri, evlərin damı xüsusi möhkəmliklə tikilirdi. Maraqlıdır ki, hələ XVI əsrdə Çələbi xan dövründə burada 19 məhəllə olmuşdur ki, bunlardan 17-i müsəlman, 1-i yəhudi, 1-i isə xristian məhəlləsi idilər. Burada Osmanlı Dövləti İstanbuldan sonra 2-ci qəhvəxananı açmışdır. Bütün görüşlər, ticarət anlaşmaları qəhvəsiz keçinmirdi və biz çay içdiyimiz kimi onlar da qəhvə içirdilər. Elə qəhvə içmək oradan da bütün Avropaya yayılmışdır. Son 300 ildə oradakı sənətkarlıq atalardan oğullara keçmiş və bu gün də qalmaqdadır. Onların adları hələ də bazarlarda evlərinin üstündə durmaqdadır. Biz bir çox tarixi yerləri gəzdik. Camilərdə, muzeylərdə, meydanlarda olduq.

1878-ci ildə Avstriya-Macarıstan birlikləri ilə Osmanlı arasında Berlin müqaviləsi bağlandı və Sarayevo onların nəzarəti altına keçdi. Bağlanan müqavləyə görə idarəetmədə fikir ayrılığı yarandığında şəhər Vyanadan idarə olunan Bosniya və Hersoqovinanın mərkəzinə çevrildi. 1918-ci ildən başlayaraq müxtəlif illərdə Yuqoslaviya krallığının əyalətlərinə birləşdirildi.

Maraqlı bir faktı da qeyd edək ki, 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan taxt-tacının vəlihəndi hersoq Archduke Franz Ferdinandın serb terrorçu Qavrilo Princip tərəfindən öldürülməsi bu şəhərdə baş verdi və bu hadisə də I Dünya Müharibəsinin başlamasına səbəbkarı oldu. Bu yazıların müəllifləri hersoqun və xanımının güllələndiyi həmin körpüdə şəkillər çəkdirdi. Bu körpünün kənarına qırmızı güllər əkilmişdir. Biz boş vaxtımızda şəhərin mərkəzindən aralanıb əhali yaşayan məhəllələrə də getdik. Burada mağazalarda ərzaq malları, içkilər mərkəzdən ucuz idi və Bosniya və Hersoqovinanın pul vahidi 1998-ci ilə kimi dinar olsa da sonralar Bosniya və Herseqovina konvertasiya olunan markası BAM onu əvəz etmişdir. Bu pul vahidi 1 manat AZN 1.08 BAM-a bərabərdir. Ancaq orada əsasən Avro və ABŞ dolları da işləyir.

Bələdçimiz bizi Sarayevonun mərkəzində 1946-cı ildə Sarayevonun alman-faşist işğalından azad edilməsinə görə qoyulan Əbədi məşəl heykəlinin yabına gətirdi. Bizə burada Bosniya və Hersoqovinada serblərin 1992-1995-ci ildə bu millətləri necə soyqırıma uğratmaları haqqında geniş məlumat verdi. Bu mənzərə olduqca ürək ağrıdıcı idi və rus-erməni-fars rejiminin Azərbaycan xalqının başına gətirdiyi facilər eyni ilə bosniyalıların, hersoqların, kosovalıların başına gətirilmişdir. İndi bildik ki, niyə binaların çoxunun qərb hissəsində divarlarında deşiklər var və bunlar hələ də təmir olunmur. Sarayevo dağlar arasında yerləşən bir şəhər olduğundan serblər qərbdən hücuma keçmiş və bu şəhəri XX əsrin ikinci yarsında olan müharibələrdə ən uzun mühasirədə saxlanılan şəhər olmuşdur. Mühasirə illərində 1500 nəfər uşaq olmaqla 11541 nəfər öldürülmüş,15 min nəfər uşaq olmaqla, 56 min nəfər xəsarət almışdır. İnsanlar bilirdilər ki, binaların qərbinə keçmək olmaz və serb snayperi onları güllələyəcək. CNN müxbiri təsadüfən serblərin düşərgəsində olur və oradakı döyüşçülərdən müsahibə alır. Döyüşçülərdən biri deyir ki, mən bir güllə ilə üç nəfər öldürürəm. Müxbirin “bunu necə edirsən?” sualına döyüşçü cavab verir ki, snayperlə əvvəlcə bir uşaq vururam. Az keçmir ki, onun valideynləri uşaqlarının ölüm xəbərini eşidib hadisə yerinə gəlirlər və mən onları da güllələyirəm. Sarayevoda serblərin vəhşilikləri yaddan çıxmasın deyə onların atdığı 200 mərminin yerini saxlayıb və ora gül əkiblər. Onlar oraları 200 güllük adlandırırlar. Bosniya və Hersoqovina xalqı müharıbənin yaralarını sağaltsalar da, insanlar serb soyqırımını unutmayacaqlar. Necə ki biz XX əsrdə xalqımızn başına gətirilən faciələri, o cümlədən də Xocalı soyqırımını heç vaxt unutmayacağıq.

Biz gecəni Sarayevoda “Exclusive” mehmanxanasında qaldıq. Bu mehmanxanada müxtəlif vaxtlarda bir çox məşhur insanlar qalmışdır. Bildiyimiz kimi 1984-cü ildə Qış olimpiya oyunları Sarayevoda keçirilmişdir və qaldığımız mehmanxananın vestübülündə dünya ölkələrinin bayraqları vardı. Orada Azərbaycan bayrağı olmadığından üçrəngli bayrağımızı ora hədiyyə verdik.

Səhər yeməyindən sonra yolumuz Bosniya və Herseqovinanın qədim şəhərlərindən olan Mostara doğru oldu. Mostar da Osmanlı Dövlətinin bura gəlməsindən sonra inkişaf etməyə başladı. Şəhərin ən qədim tikililərindən biri Mostar körpüsü idi və bunu Memar Sinanın şagirdi Memar Xeyrəddin 1566-cı ildə tikmişdir. Ancaq 1878-ci ildə Avstriya-Macarıstan Monstar şəhərini zəbt etdi. Sonra bu şəhər Yuqoslaviyanın tərkibində oldu və 1992-1993-cü illərdə müstəqillik yolunda xorvat və serblərlə müharibə apardı. 18 ay mühasirədə sonra gah serblərin, gah xorvatların əlinə keçən şəhərdə böyük dağıntılar baş verdi. Xorvatlar qədim Mostar körpüsünü bombaladılar və körpü dağıdıldı. Şəhərdə 13 qədim məscid (onların əksəriyyəti XV-XVI əsrlərdə tikilmişdir), kilsələr, qədim kitabaxana dağıntılara məruz qaldı. Ümumiyyətlə şəhərin 90% dağıdıldı. Sonralar qədim Mostar körpüsü təmir oldu və 2004-cü ildə açılışı oldu.

Biz həmin körpüdə olduq. Kimi şəkil çəkdirdi, kimi Heretve çayında gəmi gəzintisinə çıxdı, kimi də çayın sərin sularıinda çimdi. Buradakı turistlərin əksəriyyəti Türkiyədən gəlmişdi və biz özümüzü doğma Türkiyəmizdəki kimi hiss edirdik.Hər tərəfdə Türkcə danışılırdı.  Havalar olduqca isti keçdiyindən biz maye çox içirdik. Avtobusa minib Monteneqro tərəfə yol başladıq. Qabaqda bizi maraqlı sərgüzəştlərlə dolu səyahət gözləyirdi.

 

 

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO