İdman 07.10.2024 10:25

“Ardanış”, “Gənclər 2020”, “Turan” və “Göyçə” yarımfinala vəsiqə qazanıb - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 1/4 oyunları keçirilib. 

Rakus.az xəbər verir ki, növbəti mərhəliyə vəsiqə qazanan 8 komanda arasında oktyabrın 5-də 4 qarşılaşma baş tutub.

Tennis Akademiyasında ilk olaraq sahəyə saat 20:00-da “Ardanış” ilə AzTv çıxıb. AFFA hakimləri Kənan Məlikov və İmran Məhərrəmov idarə etdiyi oyun gərgin mübarizə və qarşılıqlı hücum şəraitində keçib. Baxımlı oyun nümayiş etdirən hər iki komanda qələbə üçün əlindən gələni edib. Lakin daha əzmkar oynayan ardanışlılar görüşdən 11:5 hesablı qələbəsi ilə ayrılıblar.

Komandaların heyətləri:

“Ardanış” – Elvin İsmayılov, Azər Hüseynov, Elçin Zeynalov, Elçin İsmayılov, Ramiz Hüseynov, Vüsal Hüseynov, Elşən Nəsibov, Emin Ələsgərov, Ayxan Abbasov, Emin İmaməliyev, Ramin Musayev, Əsgər İbrahimov, Rasim Həsənov.

AzTv – Ümid Süleymanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Elxan Cəbrayılov, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov,  Əbülfəz Şamiyev, Cavidan Şükürov.

Bakı Tennis Akademiyası

5 oktyabr

1/4

20:00 “Ardanış” – AzTv – 11:5

Qollar:  Azər Hüseynov 3, Ramiz Hüseynov 2, Əsgər İbrahimov 2, Ayxan Abbasov 1, Emin İmaməliyev 1, Emin Ələsgərov 1, Elçin İsmayılov 1 – (“Ardanış”)

Elxan Cəbrayılov 2, Cavidan Şükürov 2, Ümid Süleymanov 1 – (AzTv)

Hakimlər: Kənan Məlikov, İmran Məhərrəmov

xxx

Saat 21:00-da “Gənclər 2020”  “Veteranlar”ı sınağa çəkib. Bərabaər səviyyədə keçən matçda əvvəlcə veteranlar hesabda önə keçiblər. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə cənclər üstünlüyü ələ alaraq rəqib qapıdan top keçirməyi bacarıblar. Oyunun sonlarınadək hesab dəyişməyib- 1:1. Bundan sonra turnirin əsasnaməsinə əsasən komandalar penalti zərbələri yerinə yetitiblər. “Veteranlar” 5 penaltidən yaınız 1  zərbəni dəqiq yerinə yetiblər. “Gənclər 2020” isə  5 zərbədən 4-nü qola çevirərək ümumi 5:2 hesablı qələbə ilə yarımfinala vəsiqə qazanıblar.

Komandaların heyətləri:

 “Gənclər 2020”  – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan Hətəmli, Ruslan Əliyev, Mustafayev Elvin.

“Veteranlar” – Natiq Vəliyev, Aqil Qurbanov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov,  Raul Məmmədli, İmaməddin Zeynalov, Bayram Süleymanov, Heydər Xudiyev, Emin Qasımov, Murad Vəliyev, İsrafil İsmayılov, Zaur Hüseynov.

Bakı Tennis Akademiyası

5 oktyabr

1/4

21:00 “Gənclər 2020” – “Veteranlar” – 1:1 (penalti 4:1)

Qollar: Pünhan Hətəmli 2, Ümman Ağamalıyev 1, Ruslan Əliyev 1, Emin Qurbanzadə 1 – (“Gənclər 2020”)

Emin Qasımov 1, Aqil Qurbanov 1 – (“Veteranlar”)

Hakimlər: Kənan Məlikov, İmran Məhərrəmov

xxx

Saat 22:00-da “Turan” və “Qoşabulaq” güclərini yoxlayıb. Qarşılıqlı mübarizə şəraitində keçən matç maraqlı epizodlarla yadda qalsa da “Qoşabulaq” bir neçə dəfə qol vəziyyətindən yararlana bilməyib. Rəqibin bu imkansızlığından yaralanan “Turan” komandası olub. Belə ki, əks-hücum həmləsi ilə rəqibinin qapısından 6 cavabsız top keçirib və adını yarımfinala yazdırıb.

Komandaların heyətləri:

“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.

“Qoşabulaq” – Hidayət Xudiyev, Məcnun Məmmədov, Elməddin Əhmədov, Xəlil Əlilli, Xaliq Musayev, Elgün Yusibov, Bəxtiyar Əliyev, Xıdır Yusibov, Anar Verdiyev, Adil Alıyev, İlqar Xələfli, Əfqan Əliyev, Tahir Ələsgərov.

Bakı Tennis Akademiyası

5 oktyabr

1/4

22:00 “Turan” – “Qoşabulaq” – 6:0

Qollar: Fuad Əliyev 3, Asif Yolçiyev 2, Kamran Rəhimli 1 – (“Turan”)

Hakimlər: Ramil Namazov, Kənan Məlikov

xxx

Günün son matçında saat 23:00-da “Göyçə” ilə “Zəfər 44” qarşılaşıb. İlk hissədə bərabər oyun nümayiş etdirən komandalar hərəyə 4 qol vurublar. İkinci hissədə aktivliyi artıran göyçəlilər hərbçilərin qapısından daha 5 qol vuraraq hesabı 9:5 ediblər. “Zəfər 44” isə bir neçə dəfə bariz qol vəziyyətindən yaralana bilməyib və turnirlə vidalaşmalı olub. “Göyçə” isə yarımfinala vəsiqə qazanan dördübcü komanda olub.

Komandaların heyətləri:

“Göyçə” – Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Anar Əliyev, Anar Qasımov, Nihad Yusibov.

“Zəfər 44” – Saməddin Əhmədov, Bayramov Ruslan, Mahmudov Fərrux, Əliyev Babək, Zülfuqarov Elçin, Fərzəliyev Murad, Qafarli İsmayil, Rufullayev Mirəhməd, Teyyubov Ramin, Məmmədov Dilqəm, Asif Məmmədov, Rövşən İsmayilov.

Bakı Tennis Akademiyası

5 oktyabr

1/4

23:00 “Göyçə” – “Zəfər 44” – 9:4

Qollar: Yaşar Abbas 2, İlkin Babayev 2, Anar Əliyev 2, Nihad Yusibov 1, Anar Qasımov 1, Oruc Məmmədov 1 – (“Göyçə”)

Murad Fərzəliyev 2, Babək Əliyev 1, Fərrux Mahmudov 1 – (“Zəfər 44”)

Sarı kart: Anar Əliyev (Göyçə”)

Hakimlər: Ramil Namazov, Kənan Məlikov

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 19-da başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi B1-in qalibi ilə, C1-in qalibi D1-in qalibi ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

 

XƏBƏR LENTİ
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO