Müsahibə 04.02.2025 18:40

“Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tanınmış jurnalist, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev olub.

O, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində verdiyi vədlərdən, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikirlərindən söz açıb: “Trampın siyasətləri ABŞ-nin maraqlarının hər şeydən üstün olması ideyasına əsaslanır. Tramp seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq və Cənubi Qafqaz məsələlərinə münasibətini açıqlayıb. Tramp ABŞ cəmiyyətinə verdiyi bütün vədləri yerinə yetirməyə başlayıb. Məlumdur ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri böhrana sürüklənib. Düşünürəm ki, amma Tramp administrasiyası bu məsələlərə diqqət ayıracaq”.

Onun sözlərinə görə, Azərbaycan dünyada Fransanın müstəmləkəsi olan bölgələrin səsinin eşidilməsinə imkan yardır: “Fransanın müstəmləkə siyasətinin vaxtaşırı gündəmə gətirilməsi rəsmi Parisi narahat edir. Fransanın Azərbaycanın daxili işlərinə qarışması, erməniləri dəstəkləməsi, ümumiyyətlə apardığı uğursuz siyasət Makron hakimiyyətinə son qoya bilər. Azərbaycanın regionda marağı olan vasitəçilərə ehtiyacı yoxdur. Makronun dövründə Azərbaycanın Fransa ilə münasibətləri xeyli pisləşib. Azərbaycanın müstəqil siyasəti Makronu qıcıqlandırır”.

“Report” İA-nın direktoru erməni mediasında ölkənin ümumi mənzərəsindən danışaraq diqqətə çatdırıb ki, hazırda Ermənistanla Azərbaycan arasında Sülh sazişinin imzalanması, Zəngəzur dəhlizi məsələsi ilə bağlı İrəvanda verilən bəyanatlar yalnız mətbuat üçündür. Bununla bağlı hələlik praktiki addımlar yoxdur. Sülh sazişinin imzalanması Ermənistana regional dalandan çıxmağa kömək edəcək. Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər”.

F.Həsənəliyev sonda vurğulayıb ki, rəsmi Bakının prioritet məsələlərdən biri Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın təmin edilməsidir: “Biz doğma yerlərimizə qayıtmalı və orada həyatı bərpa etməliyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 4-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

“Следующей страной, куда вкладывает средства Азербайджан, может стать Армения»  

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван стал известный журналист, директор информационного агентства “Report” Фуад Гусейналиев.

Он поговорил об обещаниях, данных президентом США Дональдом Трампом на церемонии инаугурации, а также о его взглядах на российско-украинскую войну, ситуацию на Ближнем Востоке и Южном Кавказе: «Политика Трампа основана на том, что интересы Америки стоят превыше всего. В ходе предвыборной кампании Трамп заявил о своем отношении к российско-украинской войне, Ближнему Востоку и Южному Кавказу. Трамп начал выполнять все свои обещания, данные американскому обществу. Известно, что при администрации Байдена американо-азербайджанские отношения оказались в кризисе. Я думаю,что администрация Трампа обратит внимание на эти вопросы».

По его словам, Азербайджан даёт возможность высказаться колониальным регионам Франции. Вмешательство Франции во внутренние дела Азербайджана, ее поддержка армян и в целом неудачная политика могут положить конец правлению Макрона. Азербайджану не нужны посредники, имеющие интересы в регионе. Во времена Макрона отношения Азербайджана с Францией значительно ухудшились. Независимая политика Азербайджана раздражает Макрона.

Говоря об общей картине страны в армянских СМИ, директор информагентства «Report» отметил, что заявления, сделанные в Иреване относительно подписания Мирного соглашения между Арменией и Азербайджаном и вопроса Зангезурского коридора, предназначены только для прессы, практических шагов пока нет.

Подписание мирного соглашения поможет Армении выйти из регионального тупика. Армения может стать следующей страной, в которую будет инвестировать Азербайджан».

В заключение Ф.Гасанилиев подчеркнул, что одним из приоритетных вопросов официального Баку является обеспечение безопасного и достойного возвращения в Западный Азербайджан: “Мы должны вернуться в родные места и восстановить там жизнь”.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 4-го февраля в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO