Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku Əmirxeyir qazanıb - FOTO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 26-dan noyabrın 21-dək təşkil olunan Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində çempion bəlli olub.
Rakus.az xəbər verir ki, noyabrın 21-də bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş Bakı Tennis Akademiyasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra final görüşünə start verilib. Əmirxeyir və ATV komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 2:2 hesabı qeydə alınıb. Qalibi müəyyən etmək üçün qapılara 3 penal cəribəsi təyin olunub. Penalti seriyasını Əmirxeyir daha dəqiq yerinə yetirib və kubokun sahibi olub – 4:2.

Bakı Tennis Akademiyası
21 noyabr – FİNAL
saat 17:00 – Əmirxeyir-ATV – 4:2
Qollar: Bəxtiyar Hacıyev 2 (Əmirxeyir)
Famil Hüseynov 1, Əli Məmmədov 1. (ATV)
Penallaşma: Ramazan Abbasov 1, Bəxtiyar Hacıyev 1 (Əmirxeyir)
Hakimlər: Elgün Hüseynov, Rza Məmmədov
xxx
Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.
Milli Məclisin deputatları Azər Allahverənov, Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Ardanış Futbol Məktəbinin fəxri sədrləri Yunis Aslanov, Sahib Əhmədov, futbol mütəxəssisi Vüqar Hacıyev, Çəmbərək Rayon İcması sədrinin müavini Tanrıverdi Mustafayev, Ardanış, Əmirxeyir, Yanıqpəyə kəndlərinin nümayəndələri Sahib Əhmədov, Məmməd Qələndərli, Zaur Sərdarov çıxış edərək Zəfər bayramı münasibətilə arzularını çatdırıb, turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçidiyini bildirib, iştirakçılara təşəkkür edib, qalib komandaları təbrik ediblər.
Sonra mükafatlandırma olub.

Xatirə Turnirinin qalibləri– birinci yeri tutan Əmirxeyir, ikinci yerin sahibi ATV və üçüncü olan AnewZ mükafatlandırılıb. Komandalara kubok, medal, təşəkkürnaməsi vəxatirə hədiyyələri təqdim edilib.
Turnirin “ən nümunəvi komandası” BAKU WS, “ən yaxşı oyunçu” Tural Nağıyev (Əmirxeyir), “ən çox qol vuran” Famil Hüseynov (ATV) və “ən yaxşı qapıçı” adını Rauf Məhəmmədov (Əmirxeyir) seçilib. Onlara xatirə hədiyyələri verilib.
Sonda xatirə şəkli çəkdirilib.
Bununla da sentyabrın 26-dən noyabrın 21-dək davam edən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turniri başa çatıb.

(Bağlanış və mükafatlandırma mərasimi ilə bağlı geniş hesabat növbəti günlərdə dərc olunacaq)

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.
OYUNLARIN ÜMUMİ TƏQVİMİ

26 Sentyabr, Şənbə
I TUR
17:00 — AzTV – AZƏRTAC – 4:2
18:00 — Veteranlar – Əmirxeyir – 4:2
27 Sentyabr, Bazar
17:00 — ATV – APA – 10:4
18:00 — MEDİA – Qaraqoyunlu – 2:7
xxx

3 Oktyabr, Şənbə
II TUR
17:00 — Xəzər TV – Baku Ws – 6:1
4 Oktyabr, Bazar
16:00 — Zəfər-44 – Ardanış – 3:3
17:00 — CBC Sport – AnewZ – 5:0
18:00 — Gəncəvi Media – VƏTƏN 1:4
xxx

10 Oktyabr, Şənbə
III TUR
17:00 — AzTV-Veteranlar – 4:5
18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10
11 Oktyabr, Bazar
17:00 — ATV- MEDİA – 5:1
18:00 — APA-Qaraqoyunlu – 4:5
xxx

17 Oktyabr, Şənbə
IV TUR
17:00 — Xəzər TV – Zəfər-44 – 7:1
18:00 — BakuWS – Ardanış -3:5
18 Oktyabr, Bazar
17:00 — CBC Sport – Gəncəvi Media – 2:7
18:00 — AnewZ – VƏTƏN – 5:3
xxx

24 Oktyabr, Şənbə
V TUR
17:00 — AzTV – Əmirxeyir – 4:5
18:00 — AZƏRTAC – Veteranlar – 5:13
25 Oktyabr, Bazar
17:00 — ATV – Qaraqoyunlu – 1:3
18:00 — APA – MEDİA – 6:2
xxx

31 Oktyabr, Şənbə
VI TUR
17:00 — Xəzər TV – Ardanış – 4:7
18:00 — BakuWS – Zəfər 44 – 2:10
1 Noyabr, Bazar
17:00 — CBC Sport – VƏTƏN – 3:7
18:00 — AnewZ – Gəncəvi Media -8:2
xxx

7 noyabr – 1/4
A1-B2 – 17:00 – Veteranlar – ATV – 1:9
C1-D2 – 18:00 – Ardanış – Vətən -6:4
8 noyabr – 1/4
17:00 B1-A2 – Qaraqoyunlu – Əmirxeyir -4:7
18:00 D1-C2 – AnewZ – Xəzər TV – 6:0

14 noyabr – YARIMFİNAL
17:00 A1/B2 – C1/D2 – ATV-Ardanış – 8:3
18:00 B1/A2 – D1/C2 – Əmirxeyir-AnewZ – 6:5
15 noyabr
17:00 – 3-cü yer
Ardanış-AnewZ – 4:7

21 Noyabr
FİNAL – MÜKAFATLANDIRMA
17:00/18:00
Əmirxeyir-ATV


















