Şəhid Jurnalistlərin Xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 26-dan noyabrın 21-dək təşkil olunan Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turniri başa çatıb.
Rakus.az xəbər verir ki, noyabrın 21-də bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş Bakı Tennis Akademiyasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra final görüşünə start verilib. Əmirxeyir və ATV komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda həm də turnirin 3 əsas nominasiyası – “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu” və “ən yaxşı qapıçı” müəyyənləşməli idi. Ona görə də bu qarşılaşmaya maraq daha böyük idi. Oyunu AFFA-nın hakimləri Elgün Hüseynov, Rza Məmmədov idarə ediblər.

Komandaların gücləri eyni dəyərləndirilməsi qarşılaşmanın hesabında da özünü doğruldub. Belə ki, görüşün ilk hissəsində Əmirxeyir hücumçusu Bəxtiyar Hacıyevin dəqiq zərbəsi ilə önə çıxıb. Televiziya təmsilçiləri təzyiqi artırıb, həvəsdən düşməyiblər. Əzmkar oyun nümayiş etdirən göy formalılar rəqibin qapısına yönəltdiyi zərbələrin sayını artırıb. Əks-hücum zamanı Famil Hüseynov ATV-nin bərabərlik qolunu vurub. Bundan sonra hər iki komanda taktiki gedişlər, baxımlı oyun nümayiş etdirib, hücumlara üstünlük verib. İkinci hissəyə yollanmadan oyunun taleyini həll etmək istəyən televiziya təmsilçiləri növbəti qolu vurublar. Hücumçu Əli Məmmədovun təcrübəli qolu komandanı hesabda önə çıxarıb – 1:2.

Lakin ilk hissənin bitiminə az qalmış qara formalıların qolçusu Bəxtiyar Hacıyev rəqibin qapısını ikinci dəfə sirkələyib. Komandalar fasiləyə yollanıblar. İkinci hissədə hər iki kollektib təmkinli oyuna üstünlük verib. Hakimin final fitinədək oyunda başqa qol qeydə alınmayıb – 2:2. Qaydalara əsasən, qalibi müəyyən etmək üçün qapılara 3 penal zərbəsi təyin edilib. Penalti seriyasında sevinən tərəf Əmirxeyir olub. Ramazan Abbasov və Bəxtiyar Hacıyev zərbələri daha ustalıqla yerinə yetiriblər. Əmirxeyirin qapıçısı Rauf Məhəmmədov rəqibin oyunçusu Əli Məmmədovun zərbəsini dəf edə bilib. Famil Hüseynovun zərbəsi isə qapının yanından keçib. Beləliklə, qara formalı Əmirxeyir komandası 4:2 hesabı ilə qələbə qazanıb və Şəhid Jurnalistlərin Xatirə Turnirində kubokun 5-ci sahibi olub.






Bakı Tennis Akademiyası
21 noyabr – FİNAL
saat 17:00 – Əmirxeyir-ATV – 4:2
Qollar: Bəxtiyar Hacıyev 2 (Əmirxeyir)
Famil Hüseynov 1, Əli Məmmədov 1 (ATV)
Penallaşma: Ramazan Abbasov 1, Bəxtiyar Hacıyev 1 (Əmirxeyir)
Hakimlər: Elgün Hüseynov, Rza Məmmədov
xxx
Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib: “Mən bütün komandaların turnirə yüksək həvəslə qoşularaq əzmkar oyun, əsl idman mübarizəsi apardılar. Tamaşaçıların bu yarışa göstərdikləri marağı da yüksək qiymətləndirmək borcumuzdur. Xətasız-bəlasız 8 həftə, yəni 2 ay davam edən turnirdə keçirilən 32 oyunda 202 qol vuruldu. Turnirtdə yeni istedadlı gənclərin üzə və önə çıxması da sevindirici oldu. Turnirə maraq göstərən komandaların sayı ilbəil artır. Bu il 16 heyətin iştirak etdiyi turnirdə medianı 10 komanda təmsil etdi. Gələcəkdə xatirə turnirinin auditoriyası daha da genişləndirilərək davam etdiriləcək. Mərasimin reqlamentinə əsasən, hörmətli qonaqların çıxışlarından sonra qaliblərə kubok, medal, xatirə hədiyyələrinin təqdim edəcəyik”.

Milli Məclisin deputatı Azər Allahverənov mərasimdə çıxış edərək Vətən uğrunda canından keçmiş, həqiqətləri dünyaya çatdırmaq naminə peşə borcunu yerinə yetirərkən şəhid olmuş jurnalistlərimizin əziz xatirəsinin yaşadılmasının əhəmiyyətini vurğulayıb: “Bu gün bütün xalqımız qalibdir. Təbii ki, qazandığımız qələbəyə görə şəhidlərimizə borcluyuq. Zəfər yolunda şəhid jurnalistlərinin rolu da danılmazdır. Onların əziz xatirəsinin əbədiləşdirilməsi üşün belə təşəbbüslər yüksək qiymətləndirilməlidir. Bu, həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm də gənclər arasında vətənpərvərlik ruhunun və idman ənənələrinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Təbii ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibi Əmirxeyir komandası oldu. ATV ikinci, AnewZ komandası isə üçüncü yeri tutdu. Bu komandaları qalib olmaları münasibətilə təbrik edirəm. Bu mənalı təşəbbüsün təşkilatçısı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimova və turnirin keçirilməsinə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm. Şəhid jurnalistlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”



M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov futbolsevərləri və qonaqları salamlayaraq, 5 ildir keçirilən Futbol Turnirinin artıq ənənəyə çevrildiyini deyib: “Turnirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onalrın qanı bahasına başa gələn bu qələbə millətimizin tarixinə qızıl hərflərlə yazıldı. Burada insanların idmana, futbola sevgisini gördük. Onlara cağlam can arzu edirəm. Əminəm ki, bu turnir ənənəvi olaraq qalacaq. Qoy, hər zaman qəlblər futbolla döyünsün. Şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Təbii ki, sonda da bir qalib olur. Burada final oyununu izlədik. Bu gün Əmirxeyir komandası qalib gəldi. Turnirdə iştirak edən həfəskar futbolçulara bundan sonra da uğurlar arzulayıram. ATV komandasını təbrik edirəm, uğurlarınız bol olsun. İştirakçı komandalara gələcəkdə bol şanslı qələbələr diləyirəm”.

Çəmbərək Rayon İcması sədrinin müavini Tanrıverdi Mustafayev, Əmirxeyir və Yanıqpəyə Kənd icmalarının sədrləri Məmməd Qələndərli, Zaur Sərdarov yarışın qaliblərini, təşklatçıları təbrik ediblər: “Xalqımıza qələbə yaşadan qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün keçirilən bu turnir yüksək səviyyətə təşkil edilib. Dövlət Müstəqilliyinin Bərpası Günü və Zəfər Gününə həsr olunan turnir sentyabrın 26-dan etibarən həvəskar komandalar arasında keçirilib. Düşünürük ki, bu yarış futbol həvəskarları üçün yaxşı istirahət oldu. Səmimi, mehriban, baxımlı futbol nümayiş olundu. Bütün komandalar yüksək əzmkarlıqla turnirə qoşuldular və əsl idman mübarizəsi apardılar. Bu yolda media işçilərinin də əməyi böyükdür. Məhz Qarabağ savaşında şəhid olan mətbuat işçilərinin xatirəsinə belə turnirin təşkil olunması təqdirəlayiqdir. Şəhidlərə Allahdan rəhmət diləyir, qaliblərə uğurlar arzulayıram.
Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov iştirakçıları salamlayıb, turnirin şəhid jurnalistlərin xatirəsinə keçirildiyini və ənənəvi xarakter aldığını vurğulayıb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Futbolda hakimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar tərəfindən verilən ədalətli qərarlar komandaların yaxşı oyun nümayiş etdirməsinə, emosiyalara qapılmamağa, azarkeşləri sevindirməyə təsir edir. Bu gün hakimlərin qərarları doğru idi. Nəhayət, oyun başa çatdı, yekunda bir komanda qalib oldu. Qalib komandanı təbrik edirəm. İkinci və üçüncü yeri tutan komandalara uğurlar arzulayıram. Bu gün veteran futbolçuların bu turnirə qatılması xüsusi rəng və fərqlilik qatdı”.

Ardanış Futbol Məktəbinin fəxri sədrləri Yunis Aslanov turnirin iştirakçılarını və təşkilatçılarını ürəkdən təbrik edib: “Hamımızın Zəfər bayramı mübarək olsun. Siz Azərbaycanın bütövlüyü uğurunda şəhid olan oğulların, eləcə də jurnalistlərin əzizi xatirəsinə təşkil olunana Ənənəvi Futbol Turniri təşkil edirsiniz. Sizin bu işiniz bizim gələcəyimzi olan gənclər üçün nümunədir. Qalibləri təbrik edirəm”.
AZƏRTAC-ın nümayəndəsi Rauf Süleymanov, futbol mütəxəssisi Vüqar Hacıyev finalda oynayan Əmirxeyir və ATV komandalarını təbrik ediblər: “Əziz futbolçularımız, qonaqlarımız, tamaşaçılarımız və ümumən idmansevərlər, hər birinizi ürəkdən salamlayırıq. Turnirə qatılan bütün komandalara və təşkilatçılara öz təşəkkürümüzü bildiririk. Şəhid jurnalist Məhərrəm İbrahimovun çalışdığı AZƏRTC komanda olaraq hər il turnirə qatılır. Bu bizim üçün şərəflidir. Final oyunu da gözlənildiyi kimi çox gözəl və həyacanlı oldu. Xatirələri qəlbimizdə əziz olan Şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyirik. Bu turnirin təşkilatçılarına da təşəkkür edirik ki, belə bir möhtəşəm turnir keçirdilər. Arzum odur ki, məhz bu tarixi növbəti dəfə Qərbi Azərbaycanda keçirək”.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov burada təmsil olunan komandaların jurnalistlərdən, gənclərdən, veteranlardan, hərbçilərdən olması maraqlı idi: “Finalda hər iki komanda güclü idi. Tamaşaçıların bu yarışa göstərdikləri marağı da diqqət çəkdi. Əmirxeyiri çempion olmasına, ATV-ni isə çempionluğa layiq oyun nümayiş etdirməsinə görə təbrik edirəm. İştirakçılara uğurlar arzulayır, qalibləri bir daha təbrik edirəm. Təbii ki, bu turnir ənənəvi olaraq bundan sonra da davam edəcək və yaşayacaq”.

Tanınmış veteran futbolçular Maşallah Əhmədov və Asif Əliyev qalib komandaları təbrik ediblər: “Bu turnirin bizim üçün əhəmiyyəti böyükdür. Yarışların yüksək səviyyədə keçirilməsi, iştirakçıların marağı xoş təssürat yaradır. Yarış iştirakçıkarını və qalib komandaları təbrik edirik. Biz nominasiyalar üzrə mükafata layiq görüləcək oyunçuları da müəyyən etdik. “Ən yaxşı oyunçu” və “ən yaxşı qapıçı” kimi Əmirxeyir komandasından Tural Nağıyev və Rauf Məhəmmədov önə çıxdılar. Bir daha turnirin təşkilatçılarına, iştirakçılarına, oyunlara baxmaq üçün vaxt ayırıb gələn tamaşaçılara minnətdarlığımızı bildiririk. Belə ənənələr hər zaman yaşadılmalıdır”.



Sonra elan olundu ki, turnirin “ən nümunəvi komandası” BAKU WS seçilib. Xatirə turnirində “ən yaxşı oyunçu” adına Tural Nağıyev (Əmirxeyir), “ən çox qol vuran” nominasiyasında Famil Hüseynov (ATV) və “ən yaxşı qapıçı” kimi Rauf Məhəmmədov (Əmirxeyir) layiq görülüblər.

Milli Məclisin deputatları Azər Allahverənov, Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Ardanış Futbol Məktəbinin fəxri sədri Yunis Aslanov, Ardanış Kənd İcması İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov, futbol mütəxəssisi Vüqar Hacıyev, Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov, Çəmbərək Rayon İcması sədrinin müavini Tanrıverdi Mustafayev, Əmirxeyir və Yanıqpəyə Kənd icmalarının sədrləri Məmməd Qələndərli, Zaur Sərdarov birinci yeri tutan Əmirxeyir, ikinci olan ATV və üçüncü yeri qazanan AnewZ komandalarına kubok, medal, təşəkkürnamə, xatirə hədiyyələri və jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı təqdim ediblər.
Ənənəvi Xatirə Turnirində turnirdə iştiraka görə 16 komandaya – AzTv, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunluya, informasiya dəstəyinə görə televiziya təmsilçilərinə, xəbər saytlarına, tərəfdaşlığa görə Bakı Tennis Akademiyasına, “Mister Tum” şirkətinə, Azərbaycan Futbol Federasiyasına (AFFA) və hakimlərinə TƏŞƏKKÜRNAMƏ təqdim olunub.



Turnirin təşkilatçısı Əsgər İbrahimov sonda göstərilən diqqətə və dəstəyə görə Bakı Tennis Akademiyasına, Gənclər və İdman Nazirliyinə, AMF nümayəndəsinə TƏŞƏKKÜRNAMƏ ilə təltif olunduğunu deyib.



Mükafatlandırma mərasiminin sonunda turnirdə birinci yeri tutan Əmirxeyir komandasına kubokuu Milli Məclisin deputatları Azər Allahverənov, Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, veteran futbolçular Maşallah Əhmədov, Asif Əliyev və digər qonaqlar təqdim ediblər.


Ə.İbrahimov turnirin bütün iştirakçılarına və qonaqlara bir daha təşəkkür edərək mərasimi bağlı elan edib.
Bununla da sentyabrın 26-dan noyabrın 21-dək davam edən Şəhid Jurnalistlərin Xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turniri başa çatıb.

Sonra çempion komanda ilə, eləcə də futbol mütəxəssisləri və qonaqlarla xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.
Bildirək ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Arif Hüseynzadə – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
OYUNLARIN ÜMUMİ TƏQVİMİ

26 Sentyabr, Şənbə
I TUR
17:00 — AzTV – AZƏRTAC – 4:2
18:00 — Veteranlar – Əmirxeyir – 4:2
27 Sentyabr, Bazar
17:00 — ATV – APA – 10:4
18:00 — MEDİA – Qaraqoyunlu – 2:7
xxx

3 Oktyabr, Şənbə
II TUR
17:00 — Xəzər TV – Baku Ws – 6:1
4 Oktyabr, Bazar
16:00 — Zəfər-44 – Ardanış – 3:3
17:00 — CBC Sport – AnewZ – 5:0
18:00 — Gəncəvi Media – VƏTƏN 1:4
xxx

10 Oktyabr, Şənbə
III TUR
17:00 — AzTV-Veteranlar – 4:5
18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10
11 Oktyabr, Bazar
17:00 — ATV- MEDİA – 5:1
18:00 — APA-Qaraqoyunlu – 4:5
xxx

17 Oktyabr, Şənbə
IV TUR
17:00 — Xəzər TV – Zəfər-44 – 7:1
18:00 — BakuWS – Ardanış -3:5
18 Oktyabr, Bazar
17:00 — CBC Sport – Gəncəvi Media – 2:7
18:00 — AnewZ – VƏTƏN – 5:3
xxx

24 Oktyabr, Şənbə
V TUR
17:00 — AzTV – Əmirxeyir – 4:5
18:00 — AZƏRTAC – Veteranlar – 5:13
25 Oktyabr, Bazar
17:00 — ATV – Qaraqoyunlu – 1:3
18:00 — APA – MEDİA – 6:2
xxx

31 Oktyabr, Şənbə
VI TUR
17:00 — Xəzər TV – Ardanış – 4:7
18:00 — BakuWS – Zəfər 44 – 2:10
1 Noyabr, Bazar
17:00 — CBC Sport – VƏTƏN – 3:7
18:00 — AnewZ – Gəncəvi Media -8:2
xxx

7 noyabr – 1/4
A1-B2 – 17:00 – Veteranlar – ATV – 1:9
C1-D2 – 18:00 – Ardanış – Vətən -6:4
8 noyabr – 1/4
17:00 B1-A2 – Qaraqoyunlu – Əmirxeyir -4:7
18:00 D1-C2 – AnewZ – Xəzər TV – 6:0

14 noyabr – YARIMFİNAL
17:00 A1/B2 – C1/D2 – ATV-Ardanış – 8:3
18:00 B1/A2 – D1/C2 – Əmirxeyir-AnewZ – 6:5
15 noyabr
17:00 – 3-cü yer
Ardanış-AnewZ – 4:7

21 Noyabr
FİNAL – MÜKAFATLANDIRMA
17:00/18:00
Əmirxeyir-ATV




xxx




























