İqtisadi 16.05.2019 21:51

Azərbaycan-Çexiya biznes forumu keçirildi - FOTO

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 16-da Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, nəqliyyat və logistika, təhsil, İKT, təsərrüfat, energetika və sair sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57 faiz artaraq 1 milyard dolları keçib. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 milyard dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediliblər: “Ölkələrimiz arasında birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı, energetika, kimya, nəqliyyat, turizm, İKT, ekologiya və sair sahələrdə təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar var. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu əməkdaşlıq edir”.

Vurğulanıb ki, Azərbaycan həm ikitərəfli, həm də Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Çexiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Avropa İttifaqı ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. 2018-ci ildə İttifaq ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb və Aİ Azərbaycanın xarici ticarətində payı 42 faiz təşkil edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Nazir müavini bildirib ki, “Avropa İttifaqının işgüzar mühiti haqqında hesabat: Azərbaycan 2018″. Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri” adlı sənəddə siyasi sabitliyin Azərbaycanda işgüzar mühitin 5 ən yaxşı göstəricisindən biri olduğu qeyd edilib. Bundan başqa, “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini deyib ki, ötən dövrdə sahibkarlığa dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib və dövlət elektron xidmətlərinin əhatə dairəsi genişləndirilib. Cənubi Qafqazın ÜDM-nin 60 faizdən çoxu Azərbaycanın payına düşür.

R.Məmmədov bildirib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bugünkü biznes forum bu sahədə öz töhfəsini verəcək.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Azərbaycana səfərindən məmnunluğunu bildirib. Ölkəmizin Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən R.Vondraçek ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı diqqətə çatdırıb.

Sonra AZPROMO-nun əməkdaşı Zöhrab Qədirov və Çexiya Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust çex şirkətləri ilə əməkdaşlıq potensialına, Çexiya Sənayeçilər İttifaqının meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

XƏBƏR LENTİ
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS