İqtisadi 20.06.2019 06:23

Azərbaycan-İran birgə komissiyasının iclası başa çatdı - FOTO

İyunun 19-da Naxçıvandakı “Təbriz” otelində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki,  iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Azərbaycan-İran əlaqələrinin ölkələrimizin mənafeyinə uyğun olaraq inkişaf etdiyini bildirib. Qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. Bütün bunlar isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin uğurlu inkişafına yol açıb, Araz çayından birgə səmərəli istifadəyə zəmin yaradıb.

Əsgər Əsgərov Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının növbəti iclasının da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, komissiyanın həmsədri Zakir Quliyev çıxışında bildirib ki, artıq 48 ildir Azərbaycan ilə İran arasında Araz çayının su və energetika ehtiyatlarından birgə istifadə üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın iclası hər il tərəfdaş ölkələrin birində keçirilir. Bu il həmin iclas ilk olaraq Bakı şəhərində təşkil edilib. İclasın ikinci gününün isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında keçirilməsi məqsədəuyğun hesab edilib.

Zakir Quliyev iclasda Araz çayından istifadə ilə bağlı 12 maddədən ibarət protokolun müzakirəsinin uğurla davam etdiriləcəyini vurğulayıb, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə iştirakçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

İran İslam Respublikasının Energetika Nazirliyinin Sərhədyanı çaylar və müştərək su mənbələri üzrə işlər departamentinin direktoru, komissiyanın həmsədri İsa Bozorqzadə qeyd edib ki, İran və Azərbaycan Araz çayından qarşılıqlı anlaşma şəraitində istifadə edir. Bununla bağlı aparılan müzakirələr daim dostluq və qardaşlıq şəraitində davam etdirilir. Bu isə Araz çayından iki ölkənin mənafeyi üçün səmərəli istifadəyə yol açır. Komissiyanın iclasında aparılacaq müzakirələr birgə qərar qəbul etməyimizə imkan verəcəkdir.

Müzakirələrdən sonra Azərbaycan ilə İran arasında Araz çayının su və energetika ehtiyatlarından səmərəli istifadə ilə bağlı növbəti protokol imzalanıb.

X X X

Komissiyanın hər iki ölkədən olan həmsədrləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibələrində iclasda əldə edilən nəticələr barədə danışıblar.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, komissiyanın həmsədri Zakir Quliyev bildirib ki, iclasda aparılan müzakirələr nəticəsində imzalanan protokol hər iki tərəfin maraqlarına uyğun olaraq qarşılıqlı münasibətlərin tam təmin edilməsinə hesablanıb. Sənəd növbəti müddətə ölkələrimizin Araz çayının su ehtiyatlarından səmərəli istifadəsinə şərait yaradır.

Zakir Quliyev deyib: “Onu da qeyd edim ki, Araz çayının su anbarında bu günədək 1 milyard 241 milyon kubmetr su toplanılıb, həmin suyun bölüşdürülməsi cədvəllər üzrə tam təmin edilib. Bu, Azərbaycanda, xüsusilə aqrar sahədə çalışan insanlara əlverişli imkanlar açır. Bundan başqa, bildiyimiz kimi, Araz çayı həm də bədnam qonşumuz Ermənistanın ərazisindən keçdiyinə görə burada müəyyən çirklənmələrə məruz qalır. Suyun ekoloji cəhətdən təmiz olmasını müəyyənləşdirmək, onun keyfiyyətini ölçmək üçün laborator nümunələr götürülür. Məhz həmin işlərin həyata keçirilməsi, çirklənmə ərazilərinin müəyyən edilməsi də iclasda müzakirə olundu, bu məsələlərdə qarşılıqlı surətdə tam razılığa gəlindi. Araz çayının suyundan səmərəli istifadə edilməsi, sel sularının vaxtında aşkar olunması üçün elektron sistemin yaradılması ilə bağlı qərar da qəbul etdik. Bununla da daşqınlar zamanı və ya quraqlıq vaxtı Araz çayının suyundan səmərəli istifadə etməyimiz mümkün olacaqdır”.

Həmsədr vurğulayıb ki, iclasda komissiyanın 50-ci yubiley görüşünün nümunəvi fəaliyyət göstərən bir komissiya kimi təntənəli surətdə keçirilməsi də qərara alınıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini qeyd edib ki, hazırda Araz çayı üzərində Xudafərin su anbarının tikintisi davam etdirilir. Bununla bağlı Azərbaycanda komissiya da yaradılıb və həmin komissiya su anbarının yaxın vaxtlarda istismara buraxılması üçün müvafiq tədbirlər planı hazırlayır. Xudafərin su anbarı 1 milyard 600 milyon kubmetr su tutacaq ki, bu da hər iki ölkə arasında ikiyə bölünəcək. Həmin su anbarının ehtiyatından gələcəkdə işğaldan azad olunacaq torpaqlarımızda, o cümlədən digər bölgələrimizdə tam istifadə ediləcək.

İran İslam Respublikasının Energetika Nazirliyinin Sərhədyanı çaylar və müştərək su mənbələri üzrə işlər departamentinin direktoru, komissiyanın həmsədri İsa Bozorqzadə deyib ki, İran və Azərbaycan uzun müddətdir Araz çayında qurulmuş təsisatlardan qarşılıqlı olaraq səmərəli şəkildə istifadə edir, Azərbaycanın Naxçıvan Muxtar Respublikası da bundan faydalanır. Bununla əlaqədar komissiyanın hər il keçirilən iclaslarında Araz çayından necə istifadə edəcəyimiz barədə protokol hazırlanır və buna müvafiq olaraq tədbirlər həyata keçirilir. Növbəti görüşümüzdə qeyd edilən məsələlər ətraflı müzakirə olunub.

“Çalışdıq ki, bir il ərzində öz səmərəsini verə bilən sənəd hazırlayaq. Fikrimcə, əldə etdiyimiz nəticələr buna nail olmağımıza imkan yaradacaq. Beləliklə, bundan sonra da hər iki ölkənin Araz çayından tam, itkisiz yararlanması mümkün olacaqdır”, – deyən İsa Bozorqzadə qeyd edib ki, bütün bu işlərin hər iki ölkənin dostluq, mehriban qonşuluq münasibətlərinə dayanaraq görülməsi gələcəkdə müsbət nəticələrini verəcəkdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO