İqtisadi 20.06.2019 19:08

“Azərkosmos” BPAŞ-da iştirak etdi

“Azərkosmos” 17 iyun 2019-cu il tarixində Fransa Respublikasının Le Burje kommunasında hər iki ildən bir keçirilən və dünyanın ən mötəbər tədbirlərindən biri olan 53-cü Beynəlxalq Paris Aviasiya Şousunda iştirak edib.

Rakus.az xəbər verir ki, “Azərkosmos”dan verilən məlumata görə, tədbir çərçivəsində Fransa “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) təşəbbüsü ilə yaradılan “Kosmik İqlim Rəsədxanası” (SCO) üçün birgə bəyannaməni imzalamaqla adıçəkilən təşəbbüsə qoşulub. Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan tədbir zamanı bəyannaməni BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi, Avropa Kosmik Agenliyi, Avstriya, Braziliya, Çin, İngiltərə, İsrail, Hindistan və sair ölkələrin kosmik agentlikləri də daxil olmaqla ümumilikdə 21 tərəf imzalayıb.

2017-ci ildə yaradılan “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün məqsədi dünya ölkələrinin kosmik agentliklərini hazırda bəşəriyyət üçün vacib olan iqlim dəyişiklikləri təhlükəsinə qarşı səmərəli və proqressiv cavab tədbirlərinə yönəltməkdir. “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün əsas fəaliyyət sahəsinə iqlim dəyişikliyinin ekoloji böhranlara səbəb olan təsirlərini modelləşdirmək, bu təsirləri izləmək üçün peyk resurslarını elmi tədqiqatlarla birləşdirmək, iqlim dəyişikliyinin ortaya çıxardığı problemləri müasir texnologiyaların köməyi ilə həll etmək, bu işdə xüsusilə süni intellekt həllərinin tətbiqini genişləndirmək daxildir.

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insanın dünyasını dəyişdiyini nəzərə alsaq, bu təşəbbüs insanlığın gələcəyi üçün atılmış mühüm bir addımdır.

“Azərkosmos” da “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün iştirakçısı olmaqla ətraf mühitin qorumnasına dair fəaliyyətlərə dəstəyini daha da gücləndirəcək. Eləcə də, peyk məlumatları ilə iqlim dəyişikliyinin ətraf mühitə və insanlara təsirlərinin müəyyənləşdirilməsinə və konkret həll üsullarının təklif olunmasına öz töhfəsini verəcək.

XƏBƏR LENTİ
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO