İqtisadi 19.07.2019 16:56

ABŞ səfiri “Coca-Cola” zavoduna baş çəkdi - FOTO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Bakıda fəaliyyət göstərən “Coca-Cola” zavoduna baş çəkib.

Rakus.az xəbər verir ki, şirkət rəhbərliyi tərəfindən qarşılanan səfir zavodda istehsal prosesi, məhsulların qablaşdırılması və çeşidləri ilə yaxından tanış olub. Diplomat şirkətin Azərbaycan iqtisadiyyatına və cəmiyyətinin dayanıqlı inkişafına verdiyi töhfələr barədə məlumatlandırılıb. Litzenberqeri səfirliyin iqtisadi məsələlər bölməsinin rəhbəri, kommersiya və iqtisadi məsələlər üzrə məsul əməkdaşları müşayiət ediblər.

Səfir ABŞ və Azərbaycan dövlətləri arasındakı uzunmüddətli iqtisadi və ticarət münasibətlərinin inkişaf etdiyini qeyd edərək, “Coca-Cola” şirkətinin Amerika biznes dünyasını Azərbaycanda uğurla təmsil etdiyini vurğulayıb: “Coca-Cola” alkoqolsuz içki istehsalı üzrə dünyanın ən nəhəng və nüfuzlu şirkətlərindən biridir. Mən çox şadam ki, ABŞ-ın ən böyük investorlarından olan “Coca-Cola” Azərbaycanda uğurlu fəaliyyət göstərərək, dünyanın ən sevilən sərinləşdirici içkilərini istehsal edərək istehlakçılara təqdim edir, ölkədə minlərlə insanı iş yeri ilə təmin edir və cəmiyyətin sosial inkişafında fəal iştirak edir”.

“Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Adrian Çernautan səfir Litzenbergeri salamlayaraq şirkətin qlobal fəaliyyəti, yenilikləri və bu yeniliklərin Azərbaycanda tətbiqi barədə məlumatlandırıb: ”Coca-Cola” dünya üzrə 200-dən artıq ölkədə fəaliyyət göstərir. 250 istehsalçı tərəfdaşımız və 900 zavodumuzla dünyada 700 min insanı işlə təmin edirik və beləliklə, hər bir cəmiyyətdə yeni iqtisadi imkanlar yaradırıq. “Coca-Cola” korporativ məsuliyyəti və şəffaflığı ilə tanınır, milli iqtisadiyyatın inkişafına töhfə verir, cəmiyyətlərin sosial və ekoloji rifahını dəstəkləyir. Biz Azərbaycan istehlakçılarını 25 ilə yaxındır ki, yüksək keyfiyyətli sərinləşdirici içkilərlə təmin etdiyimiz üçün qürur duyuruq”, – deyə A.Çernautan bildirib.

10 ölkədə “Coca-Cola” məhsullarını istehsal edən Türkiyənin “Coca-Cola İçecek” şirkətinin Azərbaycan üzrə baş direktoru Həsən Əllialtı “Coca-Cola”nın milli iqtisadiyyata və sosial inkişafa verdiyi töhfələr barədə danışıb. O, qeyd edib ki, “Coca-Cola”da birbaşa olaraq təqribən 400 vətəndaş işləsə də, tərəfdaş şirkətlərdə çalışanlarla birlikdə bu rəqəm 5 000-dən artıqdır.

Daha sonra diplomatlar “Coca-Cola”nın Azərbaycanda dəstəklədiyi dayanıqlı inkişaf proqramları barədə təqdimatı dinləyiblər. Ətraf mühitin qorunması, idman, gənclərin inkişafı, qadınlara iqtisadi dəstək sahəsində “Coca-Cola” şirkətinin dəstəklədiyi sosial proqramlar haqqında geniş məlumat təqdim edilib. Bu proqramların uğurlu olması və insanların həyatına uzun müddətli müsbət dəyişikliklər gətirməsi üçün şirkətin müvafiq dövlət qurumları və QHT-lərlə əməkdaşlıq etdiyi bildirilib və belə layihələrə bugünədək 2,4 milyon ABŞ dolları vəsait sərf olunduğu qeyd edilib.

Daha sonra səfir Li Litzenberqer və həmkarları zavodu gəzərək, “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse tea”, “Cappy”, “Bonaqua” kimi dünyaca məşhur içkilərin yerli istehsalı ilə yaxından tanış olublar.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO
Mətbuat / 02.05.2025 16:59
Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO
Siyasi, Sosial / 02.05.2025 13:16
“Vətən həsərətinə son qoyulacaq” – Elçin Nəbiyevin həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO