“Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Caspian Business Award – 2019” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Birlik “Müasir istehsalat metodlarının tətbiqinə görə “İlin şirkəti” mükafatına layiq görülüb və mükafat “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyevə təqdim olunub.
Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən R.Əliyev qeyd edib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.
Xatırladaq ki, “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhvəyə görə” Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov da mükafat alıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.