İqtisadi 06.04.2020 21:33

Azərbaycanda iş yerlərinin qorunması üçün bu addımlar atılır

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir. Sənəddə iş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması əsas istiqamətlər sırasındadır.

Rakus.az xəbər verir ki, Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlər görüləcək:

1. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün aprel-may aylarında müvafiq işlər aparılacaq. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə edəcək.

2. Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi məqsədilə aprel-may aylarında işəgötürənlərlə bağlı iş aparılmaqla, gündəlik nəzarət təmin ediləcək. Bu istiqamətdə işlər isə qeyri-dövlət sektorunda çalışan 664 min işçini əhatə edəcək.

İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində Nazirlik tərəfindən:

1. 50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılması vasitəsilə həmin iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün 30 milyon manat vəsait nəzərdə tutulub;

2. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (200 min nəfər) 2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə  veriləcək. Bunun üçün 70 milyon manat yönəldiləcək;

3. İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi təmin olunacaq. Proqram bu il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulub;

4. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək və bu sahədə proaktiv təyinat mexanizmi yaradılacaq.  2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq;

5. İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə sığorta ödənişinin və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərə təqaüdlərin verilməsi xüsusi karantin rejimi dövründə davam etdiriləcək. Bu istiqamət üzrə işlər cari ilin aprel-may ayları üzrə 2 min nəfəri əhatə edəcək və  İşsizlikdən Sığorta Fondu hesabına bu istiqamətə 0,6 milyon manat ayrılacaq.

Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi  istiqaməti üzrə Nazirlik tərəfindən:

1. Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə bu ilin aprel-dekabr ayları üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatından istifadə olunacaq;

2. Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi təmin olunacaq. DSMF-dən bunun üçün 3 milyon manat ayrılıb.

Tədbirlər Planında həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi də əksini tapır. Cari ilin aprel-may ayları üzrə bu xidmətlər 14 min nəfəri əhatə edəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir