Rusiyanın Arxangelsk şəhərində yerləşən “Zvezda Severa” (“Şimal Ulduzu”) adlı Yəhudi Mədəniyyət Mərkəzinə naməlum şəxslər od vurublar.
Rakus.az xəbər verir ki, vilayətin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə, sinaqoq yanacaqdan və şinlərdən istifadə edilməklə yandırılıb.
Xatırladaq ki, 2015-ci ildə mədəniyyət mərkəzi odlu silahlardan atəşə tutulub. Bir il sonra isə naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” atıblar.