İqtisadi 18.04.2020 12:34

AXA “soyuq zəncir” rejimində çalışır

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər, həmçinin həyati əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətlərin davam etdirilməsi qaydaları gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər davam etdirilir. 

Rakus.az xəbər verir ki, bu barədə AXA-dan bildirilib.

Belə ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri plana uyğun şəkildə həyata keçirilir. Hazırda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq Balakən rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Balakən rayonunda da “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Yanvar ayından bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 38 060 baş iribuynuzlu, 1 300 baş təkdırnaqlı heyvanda qarayara, 28 101 baş xırdabuynuzlu heyvanda dabaq, 4 300 baş sahibli itdə və 4 900 baş vəhşi heyvanlar arasında oral yolla quduzluq, 100 min baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 1 350 baş xırdabuynuzlu və 2 100 baş bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Aprel ayının ilk günlərindən isə Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən 11 sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı idarəyə daxil olmuş 20 800 doza miqdarında dabaq vaksininin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbir aparılan ərazi kimyəvi maddələrlə dezinfeksiya olunur. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Həmçinin, peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Həmçinin, fermerlərə təsərrüfatlarında dabağın baş verməməsi üçün baytarlıq-sanitariya qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO