Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı hakim İsa Məmmədovun 2 həftəlik karantin müddəti başa çatıb.
Rakus.az xəbər verir ki, bu barədə 20 yaşlı referinin özü məlumat verib.
O, artıq tam sağaldığını bildirib: “Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı”.
İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər: “Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar”, – hakim deyib.
Xatırladaq ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.