Dünya 16.05.2020 11:49

ABŞ koronavirus peyvəndinə görə sərmayə qoydu

Amerika Birləşmiş Ştatları COVID-19 virusuna qarşı peyvəndləri alacaq ilk ölkə olacaq.

Rakus.az xəbər verir ki, Fransanın transmilli əczaçılıq müəssisəsi olan “Sanofi” qrupunun baş direktoru Pol Hudsonun bu fikri ölkədə böyük əks-səda verib və qəzəb dolu reaksiyalara səbəb olub.

“Amerika hökumətinin qabaqcadan ən böyük həcmdə peyvənd sifariş vermə hüququ var”, – deyə Pol Hudson ingilis dilli “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Qeyd edib ki, ABŞ rəsmləri böyük riskə gedərək dünyanın nəhəng əczaçılıq qrupuna sərmayə yatırıblar. ABŞ peyvənd tapılmasına ilk sərmayə yatırdığı üçün dünyanın digər ölkələrindən bir neçə gün və ya həftə əvvəl peyvəndi əldə edəcək. Həmçinin P. Hudson yeni peyvənd axtarışında avropalıların və Avropa Komissiyası ilə əməkdaşlığın olmamasına təəssüfləndiyini bildirib.

Diqqətə çatdırıb ki, “Sanofi” ABŞ səhiyyə rəsmləri ilə əməkdaşlıq qurub və peyvənd araşdırması proqramına 30 milyon dollar köçürülüb.

Ancaq “Sanofi” qrupunun baş direktorunun səsləndirdiyi bu fikirlər Fransada birmənalı qarşılanmayıb. Ölkə rəhbərliyi, eləcə də digər aidiyyəti təşkilatların və siyasətçilərin qəzəbi ilə qarşılanıb.

Fransa İqtisadi işlər üzrə dövlət katibi “maliyyə bəhanəsi ilə hər hansı bir ölkəyə belə imtiyazın verilməsi qəbuledilməzdir”, – deyə məsələ ilə bağlı sərt reaksiya verib.

Qeyd edilib ki, “Sanofi” dövlət maliyyəsindən bəhrələnir. Həmkarlar təşkilatı isə “Sanofi”nin hər il 110-dan 130 milyon avroyadək dövlətdən tədqiqat və məşğulluq rəqabəti kreditləri kimi vəsait aldığını bildirərək, bu vergi yüngülləşdirilməsinin Fransua Ollandın prezidentliyi dövründə həyata keçirildiyini deyib.

Əczaçılıq qrupunun tənqidçiləri vurğulayıblar ki, “Sanofi”nin gəlirləri Fransada qrupun dərmanlarının satışının tibbi sığorta tərəfindən ödənilməsindən də asılıdır.

“Sanofi Franc”nin rəhbəri Olivye Bojilo yerli kanala müsahibə verərək vəziyyəti yümşaltmağa çalışıb. “Aydındır ki, “Sanofi” COVID-19-a qarşı effektiv bir peyvənd aşkar edərsə, o hamı üçün əlçatan olacaq. Amerikalılar və avropalılar, eyni zamanda, peyvəndə sahib olacaqlar. Mənim üçün mübahisə bağlandı: peyvənd hazırlanarsa, fransız xəstələrinə veriləcək”,-deyə o, vurğulayıb. Əlavə edib ki, amerikalılar indiki vaxtda daha səmərəlidirlər. Avropa İttifaqı da bu peyvəndi avropalılar üçün də əlçatar etməklə bizə kömək etməli və daha səmərəli olmalıdır.

“Məlumdur ki, peyvənd tapılanda hamı üçün olacaq demək düz deyil. Əlbəttə ki, yeni peyvənd üçün uzun növbə yaranacaq”,-deyə avropalı deputat Yannik Jado narahatlığını ifadə edib.

“Amerikada istehsal olunan dərmanlar əsasən, ABŞ-a, istehsal gücümüzün qalan hissəsi isə Avropaya, Fransaya və dünyanın digər ölkələrinə veriləcək”, – deyə “Sanofi” qrupunun laboratoriyasından bildiriblər.

Qeyd edək ki, “Sanofi” çoxşaxəli və beynəlxalq sənaye bazasına malikdir. Müəssisənin ABŞ-da, Avropada, xüsusən də Fransada və dünyanın digər ölkələrində istehsal imkanları var.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO