ABŞ-la Aİ arasında rəqəmsal vergi böhranı dərinləşir
ABŞ hökuməti İqtisadi Əməkdaşıq və İnkişaf Təşkiltanın (OECD) “Google” və “Facebook” kimi internet nəhənglərinə vergi tətbiq olunması ilə bağlı təşkil etdiyi müzakirədə iştirakdan imtina edib. Bu, Avropa ölkələrinin kəskin etirazı ilə qarşılanıb.
Rakus.az xəbər verir ki, Fransanın Maliyyə naziri Bruno Le Mar ABŞ rəhbərliyinin bu qərarını təxribat adlandırıb və ABŞ-ın bu hərəkətindən asılı olmayaraq verginin tətbiqinin davam edəcəyini bildirib.
Britaniya mətbuatı isə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinin Fransa, İspaniya və İngiltərənin Maliyyə nazirlərinə məktub göndərdiyi barədə məlumat yayıb. Həmin məktubda aralarında “Google” və “Amazon” kimi nəhənglərin olduğu internet şirkətlərinə tətbiq olunacaq vergilərlə əlaqədar müzakirələrə qatılmaqdan ABŞ-ın imtina etdiyi bildirilir.
OECD-nin üzvlərinin vergilərlə bağlı razılaşma əldə etməyə yaxın olduqlarını qeyd edən Fransanın Maliyyə naziri bildirib: “ABŞ-ın bu məktubu bütün OECD üzvlərinə qarşı bir təxribatdır”.