İqtisadi 22.04.2019 23:10

ABŞ İran neftinin “yolunu tam bağladı”

Rəsmi Vaşinqton bazar ertəsi Donald Tramp Administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv ounduğunu elan edib.

Rakus.az xəbər verir ki, Ağ ev prezident Donald Trampın üç müttəfiqi Yaponiya, Cənubi Koreya və Türkiyə, eləcə də Çin və Hindistana verdiyi güzəştlərə son qoymaq qərarına gəldiyini bildirib. Üç digər ölkə – İtaliya, Yunanıstan və Tayvan sanksiyalar bərpa olunandan bəri İrandan neft idxalını dayandırıb.

Birləşmiş Ştatlar bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən global tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib. Bununla onların neft istehsalını artıracaqları gözlənilir.

Ağ ev vurğulayıb ki, bu “qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır.”

Dövlət katibi Mayk Pompeo Ağ evin açıqlamasından sonra müxbirlərə sanksiya güzəştlərinin ləğvindən bəhs edib.

Prezident Donald Tramp ötən il 2015-ci ildə nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İranı sanksiyadan azad edən beynəlxalq razılıqdan geri çəkilərək İrana qarşı sanksiyaları bərpa edib.

Bu sanksiyaların məqsədi Tehranı tramp admnistrasiyasının “düşmən” adlandırdığı fəaliyyətini dəyişdirməsinə təzyiq göstərməkdir. Buna Suriyanın prezidenti Bəşar Əsədə və Yəməndə Husi üsysançılarını dəstəkləmək daxildir.

Birləşmiş Ştatlar noyabr ayında sanksiyaları bərpa edərkən, İran neftinin ən böyük idxalçısı olan səkkiz ölkəni bu sanksiyalardan qısa müddətlik azad edib. Bu ölkələrə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan daxildir.

ABŞ İran nüvə razılığından geri çəkilsə də, İran və sazişi imzalayan digər ölkələr – Britaniya, Çin, Fransa, Rusiya və Almaniya razılığı davam etdirmək niyyətində olduqlarını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın razılıqda qeyd olunan maddələrə əməl edib-etmədiyini yoxlayır. Bu maddələrə nüvə təsislərində fəaliyyət göstərən sentrifuqaların sayı və zənginləşdirilmiş urana tətbiq olunan məhdudiyyətlər daxildir. MAQATE bir neçə hesabatında İranın razılığa əməl etdiyini bildirib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO