İqtisadi 23.04.2019 00:09

“Bakı Ağ Şəhər”də yeni prospekt salınır

“Ağ Şəhər layihəsi yol infrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

Rakus.az xəbər verir ki, “Bakı Ağ Şəhər”in mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin 2012-ci il 5 iyun tarixli sərəncamına əsaslanan bu layihənin həyata keçirilməsi paytaxtın mərkəzinin yüklənməsinin qarşısının alınması, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirilməsi və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutur. Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel, Babək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərini və gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək bu növ ilk prospekt olacaq.

Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi planlaşdırılır. “Bakı Ağ Şəhər”in Olimpiya kvartalından başlayan bu prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb. Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər 2” metro stansiyasına, yeraltı piyada yollarına, eləcə də taksi və avtobus dayanacaqlarına keçidlər nəzərdə tutulub.

Bu yolla hava limanından gələn nəqliyyat vasitələri şəhərin mərkəzinə daxil olmadan “Koroğlu” və “ASK Arena” (keçmiş “Şəfa” stadionu) yaxınlığındakı yol qovşaqlarından Ağ Şəhərə əlavə və rahat keçid alacaq. Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin “Ağ Şəhər” layihəsilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın “Atkins Global” şirkəti tərəfindən aparılır. Bu işlərin aparılmasına bir çox ölkələrdən təcrübəli məsləhətçi şirkətlər də cəlb olunub.

Dayanıqlı və ağıllı şəhər prinsiplərinə əsasən aparılan işlər çərçivəsində yolboyu 20 metr enində yaşıllıq zolağı, piyada səkiləri, velosiped zolaqları, avtobus və taksi dayanacaqları, şərti adı “Y-15” (“Ağ Şəhər 2”) olan metro stansiyasına çıxış, ictimai parkinqlər, geriyə dönmələr, həmçinin gələcək bulvar yolu və bulvar zolağına rahat çıxışlar nəzərdə tutulub.

“Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilərək beynəlxalq mütəxəssislər tərəfindən ən iri miqyaslı şəhərsalma layihələrindən biri kimi qəbul olunub. “Ağ Şəhər” layihəsi müxtəlif beynəlxalq müsabiqələrdə “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada artıq layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz tövhəsini verir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO