İqtisadi 12.07.2020 17:00

AQTA reydlər davam etdirir - FOTO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən iyulun 11-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 161 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Rakus.az xəbər verir ki, AQTA-nın məlumatına görə, reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Məlumatda bildirilir ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

XƏBƏR LENTİ
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO