Dünya 12.07.2020 21:00

Azərbaycan Elektron Hökumət Sorğusunda öndədir

BMT-nin Elektron Hökumət Sorğusunun 11-ci nəşri işıq üzü görüb.

Rakus.az xəbər verir ki, Azərbaycanın hesabatdakı mövqeyini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib.

Onun sözlərinə görə, Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə dünyada 193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında ilk üçlükdə qərarlaşıb: “Hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdiriliblər. Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə yüksək qrupa aid edilib. Hesabatda xüsusi olaraq vurğulanıb ki, ölkəmiz ən yüksək qrupa keçməyə real namizəddir. Azərbaycan bu reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 0,66-dən 0,71-ə qədər yüksəltməyi bacarıb, hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi 0,71 olmaqla, orta dünya göstəricisi – 0,6-dan 11 bənd yüksəkdir. Elektron hökumətin inkişaf indeksinə görə Azərbaycan yerləşdiyi Asiya bölgəsinin malik olduğu 0,64 həddində olan orta göstəricini də 7 bənd qabaqlayır”.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda yaradılmış “Elektron Hökumət” informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobil və elektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan ASAN brendinin ardınca, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan “Doing Business” islahatları, o cümlədən lisenziya və icazələr, biznesə başlama, kommunal xidmətlər, dövlət satınalmaları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və s. sahələrdə əldə olunan nailiyyətlər elektron hökumətin güclənməsinə zəmin yaradıb. Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron viza və s. təşəbbüslər həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini onlayn təqdim edə bilir.
İcraçı direktor deyib ki, BMT-nin hesabatında onlayn xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə “yüksək indeksli” dövlətlərin qrupuna daxil edilib.

Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə “yüksək liqa”ya aid olunub. Azərbaycanda yaradılan “İdeya Bankı” elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilib. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı, dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər. Rəqəmsal hökumət vətəndaş-mərkəzlidir, ictimai iştirakçılığa şərait yaradır və data-əsaslı qərar qəbuletməni təmin edir.
Azərbaycanda elektron hökumətin inkişafının “ən yüksək liqa”ya keçməsi üçün telekommunikasiya infrastrukturu və insan kapitalının inkişafı istiqamətində fəaliyyətlər daha da sürətləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər.

Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.

Vüsal Qasımlı qeyd edib ki, son 10 gündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ərəfəsində əvvəlcə BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə Azərbaycanın öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir.

XƏBƏR LENTİ
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO