Mədəni 19.12.2019 19:58

Heydər Əliyev Sarayında Ramiz Rövşən şöləni - FOTO - VİDEO

Heydər Əliyev Sarayında dekabrın 18-də Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət “Qəfil gün doğsa bir gecə” adlı konsert keçirilib.

Rakus.az xəbər verir ki, şairin 73 yaşı ərəfəsində baş tutan konsertdə səhnəyə ilk olaraq YUĞ Dövlət Teatrının aktyorları çıxıb. 5 nəfərdən ibarət heyətin səsləndirdiyi şeir bitər-bitməz Xalq artisti Nəzakət Teymurova səhnəyə təşrif buyurub.

Alqışlarla qarşılanan ifadan sonra Əməkdar artist Ehtiram Hüseynovun səsləndirdiyi mahnı tamaşaçıların ürəyincə olub.

İfaçıları səhnədə Eyvaz Haşımovun “Hicaz” qrupu müşayiət edib.

Gecəboyu aktyorların səsləndirdiyi şeir parçalarının fonunda muğam və gecə üçün xüsusi hazırlanan mahnılar ifa edilib. Bəzi məqamlarda ifaçılar və tamaşaçılar mahnıların təsirindən göz yaşlarını saxlaya bilməyib.

Konsertin anşlaqla keçməsi də diqqətdən yayınmayıb. Gecəyə Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Aygün Bayramova, Röya Ayxan, Əməkdar artistlər Lalə Məmmədova, Münəvvər Əliyeva, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar, yazıçılar, dövlət rəsmiləri və digər sənət nümayəndələri qatılıb.

Xalq şairi Ramiz Rövşən ona həsr edilən konserti belə xarakterizə edib:

“Rəngarəng konsertdir. Dostlarım hazırlayıb. Qarışıq estetikalar var. Sözün düzü, elə şeirlərimə mahnılar yazılıb ki, bunu heç vaxt gözləməzdim. Mahnıların müəllifi Eyvaz Haşımovdur. Gözəl musiqiçidir. Bu konsertin qəhrəmanları Nəzakət xanım Teymurova ilə Ehtiram bəy Hüseynovdur. Mənim şeirlərimə kim mahnı yazıbsa, onları bir-birindən ayırmıram. Hamısını bəyənirəm”.

Xatırladaq ki, gecənin sonunda aktyorlar R.Rövşəni də səhnəyə dəvət edib. O, öz növbəsində hər kəsə təşəkkürünü bildirib. Konsert alqış sədaları ilə sona çatıb. (Axşam.az)

Pərviz Hüseyn
Foto: Ramid Vahidoğlu

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO