Mədəni 02.07.2020 09:13

“Abrımı ətəyimə bükdü…” - VİDEO

Əməkdar artist Rafael İsgəndərov “Ağ və qara” proqramının qonağı olub.Rakus.az xəbər verir ki, aktyor tamaşalarına görə başının çox vaxt bəlaya girdiyini deyib.

“Bu şəhərdə”nin üzvü bir həkimlə yaşadığı qalmaqalı danışıb: “Bəzən tamaşalardan sonra problem yaşayırıq. Sürücülük vəsiqədi almaq üçün poliklinikaya getdim. Oradan müayinədən keçməli idim. Həmin ərəfədə də bir səncəmiz olmuşdu ki, adam gəlir klinikaya rüşvət verir, kağız alır. Dəhlizdə gözlədiyim an qadın çıxdı mənə nələr dedi… Abrımı ətəyimə bükdü: “Utanmırsız məni göstərirsiz? Bütün Bakı mənə zəng etdi ki, səni göstərdilər. Sizi sevirdim, indi zəhləm gedir”. Qadın bir qışqırır ki… Bütün dəhliz də adamla doludur. Biz səhnəcikdə kişiləri göstərmişdik, qadın yox.

Baş həkim gəldi məni otağına apardı, sakitləşdirdi”.

Sevgi ilə bağlı suallara R.İsgəndərov “Eşq, məhəbbət, uşaqlıq olmasa olmaz. Aktyorda eşq hər zaman yaşamalıdır. Doğrudan da “Eşqin məhəbbəti düşüb canıma” mahnısını çox sevirəm” cavabını verib.

Aktyor “O olmasın, bu olsun” tamaşasına dəvət aldığını, amma imtina etdiyini söyləyib: “Teatrlardan birində “O olmasın, bu olsun” hazırlanırdı. Mənə dedilər ki, Məşədi İbadı oynayarsan? cavab verdim ki, yox. Komediya olsa da, ən ciddi obrazdır. O filmdə varsa-yoxsa yeganə kişi Məşədi İbaddır: ibadətin edir, halal yolla evlənmək istəyir, dinin icazə verdiyi şeylər edir. rüstəm bəy qızını qumarda uduzur, biri alfonsluq edir, digəri şantajla məşğuldur”.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub”
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO