Mədəni 19.06.2019 15:55

ABŞ-ı valeh edən azərbaycanlı dirijor - FOTO

 

İstedad Allahın bəndəsindən əsirgəmədiyi çox qiymətli hədiyyəsidir. Əksər hallarda özünə yol tapıb parlasa da, bəzi hallarda pünhan qalır. Almaz kimidir, cilalandıqca daha dəyərli olur. Məkan tanımır, bütün sədləri dəf edib sahibinə şöhrət gətirir…

Bu gün sizə ABŞ-da yaşayan daha bir istedadlı gəncdən, maestro Fərhad Xudiyevdən söhbət açmaq istəyirəm. Ulu babası Təbrizdən Bakıya, Bakıdan da Türkmənistana gedib. Atası Adil Xudiyev Aşqabadda iqtisadçı işləyib, 2008-ci ildə vəfat edib. Anası Adilə Rəsulova həkim kardioloqdur. Özündən başqa iki qardaşı da vardır…

Fərhad 1985-ci ildə Türkmənistanda anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlib. Burada “İnterlochen Arts Academy”-da orta təhsillə yanaşı skripka və bəstəkarlıq ixtisasını əldə edib. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil alıb. 2008-2010-cu illərdə Kannektikut ştatındakı Yel Universitetində ikinci ali təhsil kimi dirijor ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, dirijorluq sənətini tədris edəcək…

…Ömür-gün yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur. Alya adlı bir qızı vardır. Alya xanım hələ ki, altı aylıq körpədir…

Fərhad artıq bir sıra uğura imza atıb. On iki yaşında olarkən Rusiyada keçirilən “Новые имена” festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yerin mükafatına sahib çıxıb. 2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan dirijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilib…

…Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib…

Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti məlumatsız olsa da xeyli işlər görüb. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Montorey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub. Konsertdə onun dirijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilib. 2018-ci ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər Manafzadə də iştirak ediblər…

Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində sərbəst danışa bilməsə də fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa bilir. Türkmənistanda, ABŞ-da boya-başa çatsa da milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı olduğunu fəxrlə söyləyir.
İnanıram ki, bu istedadlı, gənc dirijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub”
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO