Hərbi 10.04.2025 22:33

“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənistan ABŞ-İran müharibəsinin regional platformasına çevrilə bilər” adlı süjetdə gələcəkdə ABŞ-nin İrana hərbi müdaxiləsi, Ermənistanı gözləyən fəlakətlərdən bəhs olunur.

Bildirilir ki, Tramp Administrasiyası İrana yeni nüvə anlaşması üçün may ayına qədər vaxt verib: “Hazırda ABŞ-İran arasında kəskinləşmə artan xətt üzrə davam edir. Diplomatik müstəvidə sərt ritorikanın müşahidə edilməsi fonunda ABŞ-nin Yaxın Şərqə hərbi kontingent yığıması da müharibə ssenarilərini aktuallaşdırır. Hədəf mümkün hərbi müdaxilədə İranın nüvə obyektlərinə zərbələrin endirilməsidir. İranla müharibənin bütün regiona mənfi təsir edəcəyi bəllidir. Hərçənd, bu məsələnin ən çox Ermənistanda müzakirə edilməsi xüsusilə diqqət çəkir və bu, heç də təsadüfi deyil”.

Qeyd olunur ki, İrana qarşı mümkün hərbi müdaxilə hər şeydən öncə Ermənistanı regional müttəfiqdən məhrum edə və İrəvanın Tehranla iqtisadi əlaqələrinə ciddi təsir göstərə bilər ki, bu, Ermənistan üçün fəlakət ssenarilərindən biri kimi qiymətləndirilir. Politoloq Artur Xaçikyanın fikrincə, ABŞ-nin İrana hücumu Ermənistan üçün ciddi təhlükə yaradacaq: “Hərbi toqquşma fonunda “Sünik məsələsi” (Zəngəzur dəhlizi) Azərbaycan və Türkiyənin maraqları çərçivəsində həllini tapa bilər. Ermənistan regionda təklənə və Bakı ilə Ankaranın Zəngəzur tələbi qarşısında geri çəkilə bilər”.

İranlı ekspert Xəyal Moazzin isə Ermənistan mediasına bildirib ki, əgər münaqişə regional miqyas alarsa, Ermənistan İran, Türkiyə və Azərbaycanın təsir dairələri arasında qalacaq.

Diqqətə çatdırılır ki, mümkün variantda Ermənistan İrana qarşı platformaya çevrilə bilər: “Zəngəzur bölgəsində fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasının İrana qarşı kəşfiyyat fəaliyyətinə dair yayılan məlumatlar bu kontekstdə diqqət çəkir. Bu baxımdan, ABŞ istəyəcəyi təqdirdə Ermənistan İrana qarşı platforma olmağa razı olacaq. Hərbi ekspert David Camalyan  hesab edir ki, Paşinyan Vaşinqtonla İrana qarşı sövdələşə və ABŞ hərbi bazalarını Ermənistana gətirə bilər”.

Sonda vurğulanır ki, ABŞ hərbi kontingenti Ermənistana gətirilərsə, İranla sərhəddə – Zəngəzur bölgəsində yerləşdiriləcək və mümkün müharibə hücum bu bölgədən ediləcək. Bu isə fəlakətli ssenarilər vəd edir və Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 10-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO