Mədəni 22.04.2020 14:13

Afaqın müdafiəsinə qalxan Mehriban oldu - FOTO

“Əskim tüstülüdür. Bir söz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildə müzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaq xanımın tərəfindəyəm”.

Rakus.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi bir neçə gün öncə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə bu cür münasibət bildirib:

“Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb. Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki…Özləri hansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri elə biədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin, yetər artıq!

Kimin ixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqir etsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqir etməyə icazə verilməyib. Ucundan tutub ucuzluğa gedirlər. Ar olsun sizə! Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!”

Əməkdar artist qalmaqallı mövzu ilə bağlı fikirlərini tamamladıqdan sonra karantin günlərindən danışıb, küçəyə çıxmaq üçün SMS-lə verilən iki saatlıq icazənin yetərli olmadığını dilə gətirib:

“Hamı kimi mən də mümkün qədər özümü bu xəstəlikdən qorumağa çalışıram. Küçəyə çıxanda mütləq şəkildə maska, əlcək və spirtdən istifadə edirəm. Hər zaman yardıma ehtiyacı olan yaxınlarımın yanında olmuşam. Karantində də imkan daxilində çalışıram ki, köməyimi əsirgəməyim. Missiyamı bu günlərdə də davam etdirirəm. SMS-lə verilən iki saat icazə, inanın ki, mənə bəs etmir. İşləyən və gününü qaçhaqaçda keçirən insan üçün çox çətindir. Çətin olsa da, buna dözməliyik. “Biz bir yerdə güclüyük” və “Evdə qal” çağırışlarına da mən də qoşuluram. Hamıya da deyirəm ki, məcbur olmadıqca evdən küçəyə çıxmayın! Evdə qalın, sağlamlığınızı qoruyun!”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO