“Ailə üzvlərimdən hamını “qara siyahı”ya atmışam…”
“Heç nəyim gizlin deyil, hər şeyi açıb danışıram. Aprelin 25-də səyahətim var idi, bilet də almışdım. Qaldı”.
Rakus.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib.
Övladından danışan Xatirə “Çalışıram oğluma görə qalmaqallardan uzaq olum. İstəmirəm problem yaşayım, o lentə oğlum baxsın” sözlərini söyləyib.
Valideynlərindən bəhs edən ifaçı ailə üzvlərini telefonda “qara siyahı”ya atdığını etiraf edib: “Ailə üzvlərimdən hamını “qara siyahı”ya atmışam: anamı, bacımı, qardaşımı. Hərdən səbirsizlənirsən, hamı əsəbidir. Mənim də xoşuma gəlməyən nəsə olanda “qara siyahı”ya atıram. Xasiyyətimdə çox şeyləri silmək istəyərdim”.
Aparıcının “Kim sənin yerinə olsaydı ona dözməzdi” sualına müğənni belə cavab verib: “Fəxrəddin… (həyat yoldaşı – red.) İnanın ki, düz deyirəm. Ona heç kim dözməzdi, amma mən dözürəm”.