Sosial 27.09.2019 14:37

“Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirildi - FOTO

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların və QHT-lərin qadın üzvləri iştirak ediblər.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan qadınının hüquqlarının qorunması ilə bağlı qəbul edilən qanunvericilik bazasının gündən-günə təkmilləşdiyini söyləyib. Deputat qeyd edib ki, sosial şəbəkələrdə qadına qarşı zorakılıq halları ilə bağlı yayılan məlumatlar narahatlıq doğurub. Yeni Azərbaycan Partiyası hər zaman başqa siyasi qurumlara konstruktiv əməkdaşlıq etməklə bağlı çağırışlar edib. Lakin qadın məsələsi qlobal problem olduğuna görə buna biganə qala bilmərik. Ona görə də həmin məsələyə siyasi partiyanın daxili işi kimi baxmırıq. Qadına və qızlara qarşı təcavüz, şiddət bütün qadınları narahat edir. Qadınların hüquqlarının müdafiəsi üçün həmrəy olmalıyıq.

Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, qadına, qıza qarşı şiddət məsələsində ictimai qınaq olmalıdır. Xüsusilə də siyasi hakimiyyətə iddiası olan şəxslərin ailələrində belə halların baş verməsi cəmiyyət üçün təhlükəlidir. Ailədə əvvəlcədən düzgün tərbiyə üsulu olmalıdır ki, sonda da belə hadisələr baş verməsin. “Biz heç bir söyüş və təhqirdən qorxmadan sözümüzü deməyi bacarmalıyıq. Azərbaycanda heç vaxt qadın zorakılığına göz yumulmayıb və bundan sonra da belə olacaq”, – deyə o bildirib.

Daha sonra konfransda qadınların cəmiyyətdəki rolu barədə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO