Məşhur aktrisa Kameron Diazın karantin rejimində nə ilə məşğul olduğunu açıqlayıb.
Rakus.az xəbər verir ki, ulduz “Instagram” səhifəsində özünütəcrid günlərində həyatının necə keçdiyi barədə məlumat verib.
O, üç aylıq övladı olduğu üçün yaşayışında heç bir dəyişiklik olmadığını deyib: “Sadəcə, indi qonaqlar gəlmir”.
Kameron işlərinin öhdəsindən onlarsız da çox gözəl gəldiyini vurğulayıb.
“Ərim qızımı yuyundurduğu və yatızdırdığı vaxt qürurlu tənhalıqda şərab içirəm, bir tərəfdən də yemək hazırlayıram”, – deyə o bildirib.