Sosial 18.09.2019 16:45

Ali Məhkəmə şirkət rəhbərinə bəraət verdi

Ali Məhkəmədə “Fidan” MTK-nın təsisçisi və sədri Əli Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Rakus.az xəbər verir ki, Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İlqar Əliyev çıxış edib.

O, müvəkkilinin günahsız olduğunu, Ə.Şükürovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra məhkəmə qərarı elan edib.

Qərara əsasən, kassasiya şikayəti təmin olub, Ə.Şükürovun ittiham olunduğu Cinayət Məcəlləsin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinə bəraət verilib.

Rəsmi məlumata əsasən, “Fidan” MTK-nın təsisçisi və sədri Ə.Şükürov torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra Ə.Şükürov barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

XƏBƏR LENTİ
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO